XİN: Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi Paşinyanın yalanını ifşa edib
Tarix: 09.09.2019 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 6-da Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş “7-ci erməni oyunları”nın açılış mərasimində çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsini qeyd etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu xüsusda, həmin ölkələrin Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu tədbirə qatılması ilə bağlı hansı tədbirlər görməsi ilə bağlı KİV-in sualını cavablandırıb. XİN rəsmisi deyib: “İlk dəfə deyil ki, Ermənistan rəsmilərinin həqiqəti əks etdirməyən bəyanatları ilə üzləşirik. Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota ünvanlayıb. Cavab notasında nazirlik bildirib ki, Dağlıq Qarabağ ərazisində keçirilən tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin heç bir vətəndaşı iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatları məqsədyönlü şəkildə yayaraq, qanunsuz separatçı rejimin guya “tanınması” görüntüsünü yaratmaq istəyir. Öz növbəsində, bütün bu kimi cəhdlər sonda yayılan yalan məlumatların ifşası ilə nəticələnir”.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
16.09.2019
Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub
16.09.2019
Sivil meydanı qoyub, anti-konstitusion üsulları seçənlər...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info