Ankara Suriyada ABŞ-la birgə nəzarətdən niyə narazı qalıb?
Tarix: 09.09.2019 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Avropa İttifaqından Ərdoğana cavab gəldi: “Biz sazişin həyata keçirilməsinə sadiqik və türkiyəli tərəfdaşlarımızdan da bunu gözləyirik”


Məlum olduğu kimi ötən bazar günü Türkiyə və ABŞ-ın quru qoşunlarından ibarət birliklər Suriya ərazisində Fərat çayının şərqində birgə nəzarət fəaliyyətinə başlayıb. Ağır texnikadan ibarət qoşun birləşmələri iki ölkənin silahlı qüvvələrinin ali komandanlarının təmsil olunduğu Türkiyənin Şanlıurfa bölgəsində fəaliyyət göstərən Birgə Hərəkət Mərkəzindən idarə olunub. Əldə olunmuş razılığa əsasən Suriya ərazisində Türkiyə ilə sərhəd boyunca təhlükəsizlik zonası yaradılmalıdır. Təxminən 2 saat davam edən birgə nəzarət fəaliyyəti Ankarana razı salmayıb. Türkiyə Prezidenti Ərdoğan bəyan edib ki, bu, nümayiş xarakterli fəaliyyət problemi həll etmir və Ankara sentyabrın sonuna qədər səbr edəcək. O, ABŞ dövlət başçısı ilə Nyu-Yorkda keçirəcəyi görüşdə bu məsələnin müzakirə ediləcəyini deyib. Ərdoğan bəyan edib ki, Vaşinqton Suriyanın şimalında yaradılması planlaşdırılan “təhlükəsizlik bölgə” məsələsində Ankara ilə eyni düşünmür və məqsədi terror təşkilatını qorumaqdır. Ankarani narazı salam məqamlardan biri də birgə nəzarət fəaliyyətinin başladığı gündə belə, ABŞ YPG/PKK işğalındakı bölgəyə təchizat yerləşdirməkdə davam edib. Belə ki, ABŞ Suriyada terror təşkilatı YPG/PKK işğalındakı bölgəyə hərbi təchizat daşımaqda davam edir. YPG/PKK işğalındakı Ayn İsa və Şəddadi bölgələrinə gedən TIR-larda bağlı qutular, müxtəlif təyinatlı maşınları olduğu müşahidə edilib. ABŞ sentyabrın 4-də bölgəyə içində böyük hərbi vasitələr, iş maşınları, yanacaq tankerləri, generatorlar olan 60 TIR göndərmişdi. ABŞ-ın yardımları davam edərkən YPG/PKK da Türkiyə sərhədində tunel qazma və istehkam hazırlama fəaliyyətlərini davam etdirir. Bu fəaliyyətin Şanlıurfanın Akçakalə qəsəbəsinin qarşısındakı Suriya ərazilərində yerləşən Tel Abyada 20 km məsafədəki Sulukda davam etdiyi bildirilib. Anadolu Agentliyi sentyabrın 5-də Aynlarab, Tel Abyad və Sırrində tunellər qazıldğını qeyd etmişdi. Türkiyə Prezidenti son günlər Avropa İttifaqının hədəfə alaraq Suriya və miqrant məsələsində onlardan yardım istəyir. Əks halda miqranlarən Avropaya axının üçün qapıların açılacağı bildirilir. Dünən bu məsələ ilə bağlı Avropadan aşıqlam yayılıb. Avropa İttifaqı bəyan edib ki, miqrant böhranını həll etmək üçün nəzərdə tutulan 6 milyard avronun 5,6 milyardını artıq Türkiyəyə təqdim edib. BBC xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib. O əlavə edib ki, qalan məbləğ bu yaxınlarda Ankaraya veriləcək.
Avropa Komissiyasının nümayəndəsi növbəti dəfə bəyan edib ki, Brüssel 2016-cı ilin martında keçirilən sammitdə imzalanmış Aİ-Türkiyə razılaşmasının şərtlərinə sadiqdir. O deyib: “Biz sazişin həyata keçirilməsinə sadiqik və türkiyəli tərəfdaşlarımızdan da bunu gözləyirik”.
Xatırladaq ki, 2016-cı ilin 17-18 martında keçirilən sammitdə Brüssel və Ankara miqrasiya axınının qarşısının alınması tədbirlərini müəyyənləşdiriblər. Aİ bu sammitdə Türkiyəyə 6 milyard avro vəsait ayrılması, bu ölkə ilə vizasız rejimin tədbiqi və gələcəkdə Türkiyənin Aİ-nin üzvlüyünə qəbul olunması prosesini sürətləndirməyi öz öhdəsinə götürüb. Bundan başqa, Aİ Türkiyə Miqrasiya Xidmətinin yoxladığı və bütün sənədlərinin qaydasında olduğu qaçqınların qəbul edilməsini də həyata keçirməlidir. Lakin həmin vaxtdan Brüssel pul köçürülməsi istisna olmaqla qalan şərtlərin heç birinə əməl etməyib. Bu səbəbdən Ankara sazişdən imtina edəcəyini bəyan edib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türkiyə Özbəkistanı dəstəkləyir
15.09.2019
Türkiyə və dünya ölkələri “Saudi Aramco”ya olan hücumu qınayıblar
15.09.2019
“Sarı jiletlilər” nümayişlərin 44-cü həftəsində yenə hökumətə qarşı etiraza çıxdılar
15.09.2019
Dronların hücumu nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı yarıbayarı azalıb
15.09.2019
Türkiyədə millət vəkili axtarışa verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info