FAO: Taxıl və qargıdalının qiymətində azalma gözlənilir
Tarix: 09.09.2019 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yeni hesabatını yayımlayıb. Hesabata görə, qlobal ərzaq, əsasən taxıl və şəkər qiymətlərindəki dəyişikliklər baş verib. FAO Ərzaq Qiymət İndeksinə görə, qiymətlər cari ilin avqust ayında iyul ayına nisbətən 1,1 faiz aşağı düşüb, ötən ilin avqust ayı ilə müqayisədə 1,1 faiz artaraq 169,8 reytinq xalı olub.

Qlobal düyü istehlakı bütün dövrlərin ən yüksək səviyyəsində olacaq

FAO-nun Taxıl Qiymətləri İndeksi əvvəlki aya nisbətən 6,4 faiz azalıb. Dünyanın ən böyük qarğıdalı istehsalçısı və ixracatçısı olan ABŞ-da qarğıdalı qiymətləri dəyərləri, əvvəlki məhsul proqnozlarından daha çox nəticə gözlədikləri ilə bağlı kəskin şəkildə azalıb. Buğda qiymətləri də kifayət qədər ixrac etmək səbəbiylə aşağı rəqəmlər müşahidə edilib, lakin düyü qiymətləri mövsümi təsirlər və havanın Tayland bitkilərinə təsiri ilə əlaqədar artıb. FAO-nun Şəkər Qiymətləri İndeksi, iyul ayı ilə müqayisədə 4,0 faiz azalıb, bu da Braziliya realının dəyərini itirməsi ilə yanaşı, Hindistan və Meksikadan daha çox ixracla əlaqədardır.
FAO yeni Taxıl Tələb və Təklif Xülasəsini də dərc edib və iyul ayında qlobal taxıl istehsalı ilə bağlı proqnozunu 22 milyon ton səviyyəsində elan edib. Bu rəqəm 2018-ci ildəki məlumatlardan 2,1 faiz artım deməkdir, istehsal isə 2 708 milyon tona yüksəlib.
Bu düzəliş ABŞ-ın qarğıdalı istehsalı ilə bağlı proqnozlarındakı artımı göstərir. Digər tərəfdən, FAO Avropa Birliyi və Rusiya Federasiyasında məhsuldarlığın aşağı olması səbəbindən 2019-cu ildə qlobal buğda istehsalına dair proqnozunu endirib, lakin hələ 2018-ci ilə nisbətən 5 faiz yüksək olacağı gözlənilir. Dünyada qarğıdalı istehlakının 2 715 milyon tonla yeni bir rekord səviyyəyə çatacağı gözlənilir. Düyü istehlakının isə bütün dövrlərin ən yüksək səviyyəsi olan 519 milyon tona çatacağı proqnozlaşdırılır. Bu artım adambaşına istehlakın 0,5 kiloqrama çatması deməkdir. Buğda, qarğıdalı və arpa üçün istehlak proqnozları da artırıldı.
Daha çox məhsul yığımının perspektivləri, qlobal taxıl ehtiyatlarının 2020-ci il mövsümünün sonuna qədər 847 milyon tona çatacağını göstərir. ABŞ-da qarğıdalı ehtiyatlarının kəskin şəkildə artacağı, Çinin buğda ehtiyatlarının isə 7,9 faiz artaraq bütün dövrdəki ən yüksək səviyyəyə çatacağı gözlənilir.
FAO buğda və düyü ticarətində artım gözləsə də, qarğıdalı və darı üçün ticarət gözləntilərinin azalması səbəbindən taxıllardakı dünya ticarət proqnozlarını 415 milyon ton səviyyəsində saxlayıb.
Qeyd edək ki, ölkəmizdə də dövlət dəstəyinin genişləndirilməsi sayəsində taxılçılıq ildən-ilə inkişaf edir. İqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb. Aqrar sahədə müsbət inkişaf dinamikası bu il də davam edib. İlin ötən 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artıb. O cümlədən, 2019-cu il taxıl mövsümü müsbət göstəricilərlə yadda qalıb. Taxıl biçini Aran bölgəsində mayın 25-də başlayıb və iyulun 10-na kimi ümumi əkin sahəsinin 90 faizində biçin başa çatdırılıb. Qalan 10 faizi isə yüksək dağlıq ərazilərdə yerləşən taxıl sahələri olduğu üçün onların da biçini məhsul yetişdikcə davam etdirilib. Bu il əsas taxıl biçini dövrü ötən illə müqayisədə 20 gün tez başa çatıb və 3228330 ton məhsul toplanıb. Respublika üzrə taxıl istehsalının orta məhsuldarlığı 31,3 sentner, o cümlədən buğda üzrə orta məhsuldarlıq 32,4 sentner, arpa üzrə isə 29,7 sentner təşkil edib. 2018-ci illə müqayisədə buğdanın məhsuldarlığı 2,3 sentner, arpanın məhsuldarlığı isə 1,8 sentner artıb. 2018-ci illə müqayisədə bu il 200 min ton artıq buğda və arpa məhsulu toplanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info