Beynəlxalq gənclər təşkilatlarının nümayəndələri Azərbaycana səfər edib
Tarix: 27.08.2013 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Gənclər Forumunun dəstəyi ilə beynəlxalq gənclər təşkilatların nümayəndələrinin Azərbaycan səfərini təşkil edib. Səfərin təşkilində məqsəd Beynəlxalq Gənclər platformasında Azərbaycanın maraqlarının qorunması, beynəlxalq gənclər təşkilatları ilə yerli gənclər təşkilatları arasında əlaqələrin möhkəmləndirilməsi, eyni zamanda ARGTMŞ-nın Avropa Gənclər Forumunda mövqeyini gücləndirməkdir. Səfərdə Dünya Gənclər Assambleyası, Avropa Gənclər Forumu və Avropa Gənclər Forumuna üzv olan təşkilatlar- Erasmus Tələbələr Şəbəkəsi, Avropa Gənclər Klubları Konfederasiyası, Avropanın Gənc Jurnalistləri, Avropa Xalq Partiyası Gənclər Təşkilatı, Avropa Mədəniyyətlərarası Dialoq Federasiyası, Gənclərin Ekspres Şəbəkəsi kimi beynəlxalaq təşkilatlar iştirak edib. Səfər zamanı beynəlxalq təşkilatın nümayəndələrinə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan Gənclər Fondu, ARGTMŞ haqqında ətraflı məlumat verilib və ARGTMŞ-a üzv olan yerli təşkilatların nümayəndələri qonaqlarla görüş keçirib. Qeyd edək ki, bu istiqamətdə ARGTMŞ-nın fəaliyyətinin davamlı olacağı gözlənilir. Məlumat üçün bildirək ki, ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun tam hüquqlu üzvüdür.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info