MSK İlqar Məmmədova “hə”, Rüstəm İbrahimbəyova “yox” dedi
Tarix: 27.08.2013 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyası (MSK) “ReAL” hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib. MSK katibi Arifə Muxtarova MSK-nın iclasında deyib ki, İ. Məmmədovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədlər araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib. İclasda o da bildirilib ki, “ReAL” hərəkatının sədri İlqar Eldar oğlu Məmmədovun öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Yığıncaqda Xalid Zakir oğlu Bağırov İ. Məmmədovun səlahiyyətli nümayəndəsi kimi təsdiq olunub. MSK bir daha tövsiyə edib ki, imzatoplama kampaniyası ilə bağlı məqamlar İ. Məmmədova şəxsən izah edilsin. İclasda “milli şura”nın təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq edilməyib.
MSK katibi Arifə Muxtarova məlumat verərək qeyd edib ki, Rüstəm İbrahimbəyovun namizədliyi üçün təqdim olunan sənədlər yoxlanılıb və təsdiq edilməsi qeyri-mümkün sayılıb.
A.Muxtarova qeyd edib ki, sənədləri araşdırılarkən, R.İbrahimbəyovun Azərbaycan və Rusiya vətəndaşı olmaqla ikili vətəndaşlığı müəyyən edilib. A.Muxtarova bildirib ki, Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiq edilməsi üçün əsaslar olmadığına görə onun namizədliyinin təsdiq edilməsindən imtina edilməlidir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info