Səfir: Azərbaycanda Ukrayna Ticarət Evinin ilin sonunadək açılması planlaşdırılır
Tarix: 10.09.2019 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Azərbaycanda Ukrayna Ticarət Evinin ilin sonunadək açılması planlaşdırılır. Bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında deyib. Səfir qeyd edib ki, bu, təkcə ticarət əlaqələrini genişləndirmək üçün inteqrasiya edilmiş platforma yox, həm də iş adamları arasında əlaqələr qurulmasına imkan yaradan məsləhətləşmə meydanıdır. Diplomat həyata keçirilən layihələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. Vladislav Kanevski vurğulayıb ki, Ukrayna Cənub Qaz Dəhlizi layihəsində iştirakı faydalı hesab edir. O, Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən enerji sahəsində getdikcə daha güclü oyunçuya çevrildiyini söyləyib. Səfir regional əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm hissəsi olduğunu qeyd edib. Mədəni, humanitar sahədə əməkdaşlığın əhəmiyyətindən söz açan səfir Bakıda Ukraynanın Bazar Günü Məktəbini açmaq, Azərbaycanda Ukrayna Kinosu Günləri keçirmək niyyətində olduqlarını bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Vladislav Kanevski Ukrayna və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Azərbaycan nefti bahalaşıb
17.09.2019
Suraxanıda sahibkarlara güzəştli kredit verilib
17.09.2019
Gürcü nazir: “Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir”
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info