Xaricdəki müxalif internet televiziyalar eyni mərkəzdən idarə olunur
Tarix: 10.09.2019 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Müxalifətin müştərək “qrant layihələri”


Məlum olduğu kimi, əvvəllər “çayxana müxalifəti” adı ilə tanınan müxalifət partiyaları və onlara dəstək verən müxalif siyasətçilər indi də “sosial şəbəkə müxalifəti” kimi ad çıxarıblar. Əslində, sosiallaşmaq normaldır, dünyanın hər yerində siyasi partiyalar sosial şəbəkələr üzərindən öz təşkilatlarının təbliğini aparır, platformalarını elan edir, siyasi məsələlərlə bağlı konkret təklif və iradlarını ortaya qoyurlar. Amma bizim müxalifət və onları əvəzləməyə çalışan yeni mühacir dəstələr hələ də 90-cı illərin təfəkküründə olduqları üçün sosial şəbəkələri çayxanalardakı söhbət meydanlarına çeviriblər... Söyüş ritorikası ilə danışanlardan tutmuş, dezinformasiya yayanlar, xaricdən qrant almaq üçün min cür oyundan çıxanlara qədər, hər bir müxalifətçi və ya yalançı müxalif fikirli şəxs “Facebook”, “YouTube” kimi insanların daha çox istifadə etdiyi saytları anormal status və videoları ilə “bəzəyirlər”. Yeri gəlmişkən, son vaxtlar sosial şəbəkələrdə vətənpərvərlikdən, demokratiya, ədalət və şəffaflıqdan dəm vuranlar, nədənsə, özlərinin xaricdən aldıqları qrantların hesabatını vermirlər. Məsələn, elə iyrənc formada sosiallaşan bu müxalifət rəhbərləri və onların əlaltılarının xaricdə oturub xalqa ağıl verməsində bir sıra şübhəli məqamlar ortaya çıxıb. Hər kəsə məlumdur ki, ABŞ-da yaşayan müxalif jurnalist Sevinc Osmanqızı AXCP rəhbəri Əli Kərimlini az qala öz efirinin bəzəyinə çevirib, iki gündən bir, hətta bəzən hər gün ondan canlı yayımda videomüsahibələr alır. Təbii ki, haqlı olaraq cəmiyyətdə sual və şübhə yaranır ki, bəyəm müxalifətdə başqa rəhbər, lider yoxdurmu? Niyə məhz xüsusi olaraq ancaq Əli Kərimli seçilir? Bu da azmış kimi, Qənimət Zahid də eyni, oxşar addımı atır, onun efirində Əli Kərimli və digər iki-üç nəfərdən başqa kimsə qonaq edilmir. Əslində, bunun özəl səbəbləri var. AXCP və Əli Kərimli Qərbdə müəyyən dairələrə bağlı olduqlarını heç vaxt gizlətməyiblər. Bu meyillər AXCP rəhbərinin çıxışlarında aşkar görünür, təşkil etdiyi mitinqlərdə belə, qışqır-bağırla bəyan edilir. Qərbə bağlı olan bir siyasi təşkilatın, partiyanın da Qərbdən maliyyələşməsi, qrant maraqları ilə hərəkətlər etməsi isə təbii sayılmalıdır. Sosiallığın insanların həyatına daxil olduğu müasir dövrdə də təbii ki, buradan qurulan anormal təbliğatlar, internet TV-lər, açılan Anti-Azərbaycan səhifələr də havadan və havayıdan yaranmır. Yaranmış şübhələrin ən bariz nümunəsi bu üç-beş müxalif jurnalistin mərkəzləşmiş şəkildə hərəkət etməsidir. Məsələn, Qənimət Zahid sentyabrın 9-da axşam saatlarındakı efirində, insanların gözünü mazol eləmiş müsahibi-Arif Məmmədovla olan söhbətinin sonunda tamaşaçılara inadla çağırışlar etdi. O, öz izləyicilərini, əslində, ona rəqib olan həmkarının-Sevinc Osmanqızının bir azdan başlayacaq Anti-Azərbaycan verilişinə baxmağa dəvət edir. Bu, o deməkdir ki, onlar eyni mərkəzdən idarə olunurlar. Təbii ki, bu cür müştərək fəaliyyətlər haqlı olaraq suallar doğurmalı idi. Əslində, buna təəccüblənmədik də. Xatırlayırsınızsa, ötən il başqa iki mühacir də belə müştərək “iş” qurmuşdu, sonu isə bütün cəmiyyətə bəlli oldu. Söhbət Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında olan sənədli-sübutlu birgə fəaliyyətdən-qrantla sosial şəbəkələrdə fəaliyyət göstərməkdən gedir. Sonda isə məsələ dava-qovğa, hətta ağır söyüşlərlə müşaiyət edilən ittihamlarla bitdi ki, burada da Məhəmməd Mirzəli qarşı tərəfə müxalifətin gizlin fəaliyyətlərini açıb göstərən bir sual ünvanladı. Sual isə belə idi: “Niyə mənimlə birgə başladığımız iş, layihəyə görə aldığın qrantı tək yedin, mənə çatan hissəni ödəmədin?”. Yəni bu gün də həmin xətt, həmin dalğa, həmin gedişlər davam edir. Heç şübhəsiz ki, Avropada oturub rahat həyat tərzi keçirən Qənimət Zahidi ABŞ-da yaşayan Sevinc Osmanqızı ilə qrant telləri bağlayır. Əks təqdirdə bu müxalifətin təmənnasız bir-birinə dəstək verməsini, rəqib kimi gördüyü həmkarının tərəfdarlarının artmasına hesablanmış çağırışlar etməsini heç vaxt görməmişik. Əlbəttə, indiki halda Qərbdəki həmin qaranlıq dairələrin də marağındadır ki, Osmanqızılar, Qənimət Zahidlər, Orduxanlar, İsgəndərlilər və “mehriban düşmən” olan Sadıqlı, Mirzəbəylilər daha çox olsunlar. Bu, Anti-Azərbaycan dairələrin böyük planlarının kiçik bir hissədir. Amma nə adını çəkdiyimiz siyasətə təsadüfən gələnlər və ənənəvi müxalifətdən qalan uğursuz jurnalistlər, siyasətçilər, nə də bundan sonra ortaya atılacaq yeni uğursuz fiqurlar Azərbaycan cəmiyyətinin beynini zəhərləyə, ictimai fikrə mənfi yöndən təsir edə bilməyəcəklər. Çünki xalq gözəl anlayır ki, kim hansı sifarişlə hansı mahnıları oynayır və müxalifətin səmimiyyətindən əsər- əlamət belə, qalmayıb. Bir müxalifət rəhbəri ki, bugünlərdə durub işğal olunmuş torpaqlarla bağlı “AXC-Müsavat hakimiyyəti məsuliyyət daşımır” deyə, daha onun tərəfdarlarından nə gözləyəsən axı? Adam hələ də elə düşünür ki, xalq onun danışdığı nağıllara inanacaq, 90-cı ilin əvvəllərində ölkəni az qala indiki Suriyaya çevirmələrini unudacaq. Bəli, həqiqətən də indi bəzi ərəb ölkələrində cərəyan edən proseslər, vətəndaş müharibələri, hətta torpaqlarında başqa ölkələrin gəlib hərbi ağalıq etməsi, qaçqın, milyonlarla itkin, ölüm fəlakətinin müəyyən bir formasını Azərbaycan 90-cı illərin əvvəllərində öz tarixində yaşadı. Ölkəni uçuruma sürükləyənlər isə məhz həmin AXC-Müsavat hakimiyyəti idi ki, indi onlar məsuliyyəti boyunlarından atmağa çalışırlar, qrantlardan yeyib, bığlarına sığal çəkərək xalqa sosial şəbəkələr vasitəsilə nağıllar danışmaqda davam edirlər. Sosial aktivliyi isə təsadüfdən seçməyiblər. Çünki ərəb ölkələrindəki faciələr də sosial şəbəkələrdən başladı... Amma bir daha qeyd edirik ki, bu xalq Azərbaycanda ikinci 90-cı illər fəlakəti, faciəsinin yaranmasına nə imkan verəcək, nə də sizlərə şans!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər
17.09.2019
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info