DMX bu il 1716 nəfər əlilliyi olan şəxsi işlə təmin edib
Tarix: 10.09.2019 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Bu kateqoriyadan olan 1000-dək vətəndaş isə cari ildə ozünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən digər həssas qruplarla bərabər, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində də aktiv tədbirlər davam etdirilir.
Cari ilin ödən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub. Onların hər biri ilə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilib.
Eyni zamanda əlilliyi olan şəxslərin kiçik sahibkarlığa çıxşına şərait yaradılması üçün onların ozünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir. Bu ilin ötən dövründə Xidməti tərəfindən artıq 1000-dək əlilliyi olan şəxs həmin proqrama cəlb edilib və proqram çərçivəsində müvafiq təlimlərdə iştirak edib.
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasında onların peşə hazırlığının təşkili də mühüm rola malikdir. Cari ildə nazirliyin xətti ilə 205 nəfər (o cümlədən 176 nəfər üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, 29 nəfər üçün Dövlət Məşğulluq Xidmətinin xətti ilə) peşə hazırlığı kursları təşkil edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info