Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
Tarix: 10.09.2019 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilk 7 ayında kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirəsi zamanı deyilib. Bundan başqa, ölkədə 643 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir. Həmçinin, tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyvəçilik sahələri üzrə də məhsuldarlıqda əsaslı artımlara nail olunub.
Ümumiyyətlə isə 2019-cu ilin yanvar-iyun aylarında yaşıl çay yarpağı istisna olmaqla, ölkədə bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb. 2019-cu ilin yanvar-iyun aylarında 411.8 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27.9 faiz artım deməkdir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Azərbaycan nefti bahalaşıb
17.09.2019
Suraxanıda sahibkarlara güzəştli kredit verilib
17.09.2019
Gürcü nazir: “Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir”
17.09.2019
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17.09.2019
Gənclər Fondu 425 tələbənin təhsil haqqını ödəyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info