Azərbaycanda cinayətlərlə bağlı Vahid İnformasiya Bazası təqdim edilib
Tarix: 10.09.2019 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının təqdimatı olub. Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü və sistemli islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə sahəsində də qanunvericilik bazası ən müasir beynəlxalq standartlara çatdırılıb, güclü institusional zəmin formalaşdırılıb. Baş Prokurorluğun saytı xəbər verir ki, belə səmərəli tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 2018-ci il 8 oktyabr tarixli Fərmanın imzalanması ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılması, o cümlədən həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib. Həmçinin aidiyyəti dövlət orqanları tərəfindən həmin növ statistik məlumatların Baş İdarəyə mütəmadi olaraq təqdim edilməsi nəzərdə tutulub. Fərmanın icrası ilə bağlı görülən işlər çərçivəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının, o cümlədən Daxili İşlər, Vergilər, Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin, habelə Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələrinin iştirakı ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı statistik məlumatların bir mərkəzdə toplanmasını təmin edəcək Vahid İnformasiya Bazasının təqdimatı olub. Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 8 oktyabr tarixli Fərmanın əhəmiyyətini vurğulayaraq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi cinayətləri üzrə ötən illərin statistik məlumatlarını diqqətə çatdırıb. Vahid İnformasiya Bazasının geniş imkanlarından danışan K.Əliyev qeyd edib ki, bu baza müvafiq hüquq-mühafizə orqanları tərəfindən təqdim olunması nəzərdə tutulan statistik məlumatların vahid mərkəzdə toplanmasını təmin etməklə yanaşı, əldə edilmiş informasiyanın müxtəlif parametrlər üzrə emalına imkan verir. Belə ki, proqramın geniş texniki imkanları bu növ cinayətlərin ümumi dinamikasını izləməklə yanaşı, toplanan məlumatlar əsasında müxtəlif istiqamətlər üzrə analitik təhlillərin aparılmasına və son nəticədə cinayətkarlığın bu növləri ilə mübarizə işinin daha keyfiyyətli təşkilinə şərait yaradacaq. Bazada toplanan məlumatların təhlilinin nəticələri, həmçinin beynəlxalq monitorinq mexanizmləri çərçivəsində milli hesabatların hazırlanması prosesində də istifadə ediləcək. Baş İdarənin əməkdaşları Vahid İnformasiya Bazasından istifadə qaydaları və onun texniki imkanları barədə ətraflı məlumat veriblər. Tədbirdə məlumatların bazaya işlənilməsi formaları əyani surətdə nümayiş etdirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17.09.2019
Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
17.09.2019
“KİV-lərə məlumatın ötürülməsinin sintetik formatları: imkanlar və vasitələr”
17.09.2019
“VİZA göstər, VİSA Al” kampaniyası uğurla davam edir- VİDEO
17.09.2019
“Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info