“Baktelecom” Biləcəridə yenidənqurma işlərinə başlayıb
Tarix: 10.09.2019 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi MMC” (“Baktelecom”) Bakı şəhəri və ətraf ərazilərdə telefon, genişzolaqlı internet və digər multimedia xidmətlərinin beynəlxalq standartlarla təşkili istiqamətində irimiqyaslı infrastruktur layihələrini davam etdirir. Nazirlikdən bildirilib ki, “Baktelecom” Strateji Yol Xəritəsinə əsaslanaraq yüksəksürətli, genişzolaqlı telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi və tətbiqi istiqamətində “Evədək optika” layihəsinin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Artıq Biləcəri qəsəbəsində də yenidənqurma işlərinin icrasına başlanılıb. Qəsəbədəki köhnə və yeni tikililərdə olan mənzillərdə telekommunikasiya xətlərinin yenilənməsinə və müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənməsinə başlanılıb. Bakı şəhəri üzrə 60 minədək mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, sakinlər bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətləri ilə təmin olunublar. Hazırda paytaxtın mərkəzi küçələrində yerləşən yaşayış binaları ilə yanaşı, əhalinin sıx məskunlaşdığı Yasamal, Xətai və Nizami rayonlarında, eləcə də Qaradağ və Suraxanı rayonlarında da mənzillərin optik şəbəkəyə keçirilməsi prosesi aparılır. Layihə fiber-optik xətlər üzərindən 100 Mbit/saniyəyə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir.

Anar




 
Bölməyə aid digər xəbərlər
24.01.2020
Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə ərazisində səyyar görüş-qəbulu
24.01.2020
Ekologiya və müasir cəmiyyət
24.01.2020
Masallıda “Könüllüllər üçün çoxnövçülük üzrə intellektual oyunların təşkili layihəsi” reallaşdırlır
24.01.2020
Bakı polisi qadını tapdı: Məktəblərdə qızların oğurlanması ilə bağlı yayılan xəbər əsassızdır
24.01.2020
Azərbaycanda koronavirusun qarşısı necə alınır? - ÜST qiymət verdi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11438

1 Türkiyə mətbəxindən “ Arnavut plovu“ -VIDEO
2 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
3 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
4 “Sovetski“də söküntü işləri dayandırılıdı
5 Dövlət İmtahan Mərkəzinin səlahiyyətləri artırıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info