Azərbaycandan ən çox tələbə Mançester Universitetinə qəbul olunub
Tarix: 27.08.2013 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ili üzrə xaricdə təhsil almaq üçün müraciət edən vətəndaşlardan bu günədək 94 nəfərin adı təsdiq edilib. Təhsil Nazirliyindən bildirilib ki, seçim prosesi, namizədlərlə müsahibələrin aparılması və Təhsil üzrə Komissiyası tərəfindən namizədlərin təsdiq olunması prosesi davam edir.
Təhsil üzrə Komissiya tərəfindən təsdiq edilən 94 nəfərdən ən çox tələbə qəbul olunan ölkələr Birləşmiş Krallıq, Türkiyə və Kanadadır. Birləşmiş Krallığa 45, Türkiyəyə 10, Kanadaya isə 9 nəfər göndəriləcək. Ən çox qəbul olunan ixtisaslar isə iqtisadiyyat, İKT və mühəndislikdir. İqtisadiyyat ixtisasına 28, İKT-yə 15, mühəndisliyə isə 12 nəfər qəbul olub. Ən çox tələbə qəbul olunduğu universitetlər Mançester Universiteti (Birləşmiş Krallıq), QLİON Ali Təhsil İnstitutu (İsveçrə), Toronto Universitetidir (Kanada). Mançester Universitetində 16 , QLİON Ali Təhsil İnstitutunda 6, Toronto Universitetində 5 nəfər ali təhsil alacaq. Qeyd edək ki, xaricdə təhsil üzrə Dövlət Proqramına 2013-2014-cü tədris ili üçün sənəd qəbulu 22 may - 16 avqust tarixilərini əhatə edib. Sənədlərin qəbulu isə avqustun 23-də başa çatıb. Namizədlərlə fərdi qaydada həyata keçirilən müsahibələr avqustun 30-da yekunlaşacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info