İşçiləri məcburi əməyə cəlb edənlər cəzalandırılacaq
Tarix: 11.09.2019 | Saat: 13:10:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərində “Məcburi əməyin və insan alverinin qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə bildirilib ki, qanunvericiliyə görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluq barədə çıxışlar olub. Bildirilib ki, məşğulluğun bu növü əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olur.




 
Bölməyə aid digər xəbərlər
21.01.2020
Dövlət Komitəsi pensiyaçıların sayını açıqlayıb
21.01.2020
Kirayə mənzil mexanizmi ilə təklif ediləcək mənzillərin minimal aylıq ödənişi açıqlanıb
21.01.2020
Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır
21.01.2020
Azərbaycanda əhalinin sayı açıqlanıb
21.01.2020
Bakıda bu marşrut kart sisteminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
2 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
3 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
4 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
5 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info