Direktorlar məktəb daxilində neqativ halların aşkar edilməsini xüsusi diqqətdə saxlamalıdırlar
Tarix: 11.09.2019 | Saat: 14:17:00 | E-mail | Çapa göndər


Növbəti tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ilkin olaraq müxtəlif bölgələr əhatə edilməklə, 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.
C.Bayramov, həmçinin tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47 930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib.

İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan nazir bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran C.Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.

Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran Təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək.
C.Bayramov qeyd edib ki, 2003-2018-ci illərdə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb, iki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizə enib.
Nazir, eyni zamanda qeyd edib ki, şagirdlərin sağlam böyüməsi, fiziki və mənəvi inkişafı, düzgün dəyərlərin formalaşdırılması ən vacib istiqamətlərdəndir:
"Bu baxımdan Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında düzgün ünsiyyətin formalaşması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb edilməsi qarşımızda duran vəzifələrdəndir. Hesab edirik ki, məktəb rəhbərləri təhsil müəssisəsi daxilində istənilən neqativ halların aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar. 2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik".




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
“Dədəm Qorqudun sözü” kitabının təqdimatı olub
19.02.2020
BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar
19.02.2020
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim edilib
19.02.2020
Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu
19.02.2020
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
4 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
5 Paşinyanın referendum oyunu əks-effekt verə bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info