Bizim qarşımızda böyük məsuliyyət dayanır
Tarix: 11.09.2019 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Zöhrə Ağamirova bədii gimnastika üzrə dünya çempionatına necə hazırlaşır

Sentyabrın 16-22-də Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçiriləcək. Dünya çempionatı ərəfəsində ölkəmizi təmsil edəcək gimnastlardan biri Zöhrə Ağamirova Trend-ə yarışlara hazırlıqdan və Azərbaycan milli komandasında çıxış etməyin onun üçün nə ifadə etməsi barədə danışıb.
Zöhrə Ağamirovanı da bu idmana digər gimnastlar kimi valideynləri gətirib:
“Valideynlərim məsləhətləşib qərara aldılar ki, məni gimnastikaya versinlər. Üç yaşımda mən əvvəlcə akrobatika ilə məşğul olmağa başladım, dörd yaşımda isə bədii gimnastikaya keçdim. Altı ildir ki, mən milli komandadayam. Öz ölkən üçün çıxış etmək böyük məsuliyyətdir”.
Hazırda idmançının bütün gücünü dünya çempionatına hazırlığa yönəldib:
“Biz Bakıdakı dünya çempionatına səylə hazırlaşırıq. Bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Bizim qarşımızda böyük məsuliyyət dayanır. Yarış zamanı həyəcan olur, həyəcanın öhdəsindən gəlməyə komanda yoldaşları və əlbəttə ki, məşqçi kömək edir”.
Gimnsat, həmçinin bildirib ki, onun hər hansı bir talismanı yoxdur, ona əminliyi tamaşaçıların dəstəyi verir:
“Tamaşaçıların dəstəyini hiss edəndə çıxış etmək rahat olur. Ona görə də hamını sentyabrın 16-22-də Milli Gimnastika Arenasına dəvət edirəm”.




 
Bölməyə aid digər xəbərlər
09.07.2020
“Qızıl top“a namizədləri açıqladı: Nə Messi var, nə də Ronaldu
09.07.2020
Messi, yoxsa Ronaldu? - De Rossinin seçimi
09.07.2020
Suares “Barselona“ya qələbə qazandırdı - VIDEO
08.07.2020
Millimizin futbolçusu “Zenit“də
08.07.2020
Qrizmann “Barselona“da qalır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Asan plov -VİDEO
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
4 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
5 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info