“20 il əvvəlki Azərbaycan indiki kimi idi?“
Tarix: 11.09.2019 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı ilə keçirilən “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən "dəyirmi masa"da bəzi müxalifət partiyaları tərəfindən səsləndirilən iddialara cavab verib.
Ə.Əhmədov bildirib ki, heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz: “Onlar müşahidə apara bilərlər. Kiminsə seçilməsi ilə bağlı məsələ ortaya qoya bilməzlər".
Ə.Əhmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib: "Sərdar Cəlaloğlu, sən Petruşevla danışıqlarda iştirak etmisən?! Bilmədiyin halda niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?! Bizdə də "Dostluq" ordeni var. Rusiyada da, həmçinin bu ənənə var. Bu torpağın qorunmasına və müdafiə olunmasına görə deyil, sadəcə, dövlətlər və ölkələrarası münasibətlərə töhfə verildiyinə görə təqdim edilir. Qeyri-ciddi fikirlər deməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Halbuki, müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?!"
Ə.Əhmədov bildirib ki, bu görüşdə toplaşmağın əsas məqsədi Azərbaycanda siyasi proseslərə xarici müdaxilələr məsələsini müzakirə etməkdir: “Əgər biz müzakirəyə çıxarılan məsələ ilə əlaqədar fikir mübadiləsi aparıb vahid qərara gəlmək istəyiriksə, bu barədə danışaq. Əksinə, digər məsələləri bu tribunadan istifadə edib bura tökmək istəyiriksə, heç nəyə nail ola bilməyəcəyik”.
Trend




 
Bölməyə aid digər xəbərlər
08.07.2020
Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər
07.07.2020
Azərbaycan qazı Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək
06.07.2020
“Aİ-yə üzv bəzi ölkələr Türkiyə ilə münasibətlərdə səmimi deyil”
06.07.2020
“Avropa İttifaqının Türkiyə ilə daha çox əməkdaşlığa ehtiyacı var“
04.07.2020
“Türkiyə xəstəxanaları Avropada birinci, dünyada isə sayılıb-seçilən xəstəxanalardır“

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Asan plov -VİDEO
2 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
3 ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır
4 “Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
5 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info