Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib
Tarix: 11.09.2019 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasını seçiblər.
Neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə, valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar ixtisasları üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.
Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevirlər. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də, eyni qrupda təhsil alacaqlar. Hər iki qardaş Bakı şəhəri 147 saylı Texniki Humanitar liseyinin məzunudurlar.
Rəşad Azadlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə daxil olmuş Prezident təqaüdçülərindən biri olub. Qeyd edək ki, müvafiq Sərəncamla yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Ceyhun Bayramov: “Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır”
15.10.2019
Məhəbbət Vəliyeva: “Məktəbin işi valideyni yalnız iclasa çağırmaqla bitməməlidir”
15.10.2019
İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
15.10.2019
İlahiyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Əməkdaşlıq Protokolu imzalanıb
15.10.2019
UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info