Valideynlər yeni dərs ilinin başlaması ilə əlaqədar nələrə diqqət etməlidirlər?
Tarix: 11.09.2019 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Yol polisi yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək

Yol polisinin əməkdaşları yeni dərs ilinin başlaması ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəklər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yeni dərs ilinin başlaması ilə əlaqədar hər il olduğu kimi, bu il də ənənəvi olaraq təhlükəsizliyin təmin edilməsi ilə bağlı, xüsusilə məktəbyaşlı uşaqların yol qəza hadisələrindən həyat və sağlamlıqlarının qorunması, eləcədə yol hərəkəti qaydalarına dair onlara biliklərin veriləsi ilə əlaqədar sentyabrın 15-dən oktyabrın 15-dək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə artıq tədbirlər planı hazırlanıb. Yeni dərs ilinin başlaması ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmət edəcək. Təhsil müəssisələri, onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürülməklə xidmət davam etdiriləcək. Eyni zamanda, təhsil müəssisələrinin ətrafında süni sıxlığın, tıxacların yaranmaması üçün həmin ərazilərdə əməkdaşlarımız xidmət aparacaq və dayanma-durma tələblərinin yerinə yetirilməsi ilə bağlı nəzarət gücləndiriləcək. Bununla əlaqədar avtomobillərin sahiblərindən, sürücülərdən xahiş edirik ki, təhsil müəssisələrinə bitişik küçə və yollar üzrə hərəkət edərkən yolların hərəkət hissəsində dayanıb azyaşlıların düşürüb mindirilməsinə diqqət yetirsinlər. Unutmayın ki, bir istiqamətli iki hərəkət zolağı olan avtomobil yolunda təxminən 30 saniyə dayanmaqla eyni istiqamət üzrə hərəkətdə olan 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünün təxminən 7-10 dəqiqə ləngiməsi deməkdir. Ona görə də avtomobil sürücüləri və sahibləri təhsil müəssisələri istiqamətində hərəkət edərkən diqqətli olmalı və başqa hərəkət iştirakçılarını da düşünməlidir. Ən azından avtomobili olmayan və ictimai nəqliyyat vasitələri ilə hərəkət edən sərnişinlərin də belə məktəb istiqamətində və yaxud işə ləngiməmələri üçün bu tələblər mütləq yerinə yetirilməlidir. “Yol hərəkəti qaydalarının öyrədilməsi, azyaşlı uşaqların həyat və sağlamlıqlarının yol qəza hadisələrindən qorunması ilə bağlı müəllimlərə və valideynlərə də müraciət edirik ki, sizdə ən azından yol hərəkət qaydalarına dair bildiklərinizi uşaqlara öyrədin. Unutmayaq ki, təhlükəsizliyin təmin edilməsi hər birimizdən asılıdır. Məlumat üçün bildirirəm ki, aparılan təhlillər onu deməyə əsas verir ki, süni sıxlığın, tıxacların yaranması təhsil müəssisələri və onlara bitişik ərazilərdə dayanma-durma tələblərinin düzgün yerinə yetirilməməsi ilə bağlıdır. Bu məqsədlə aparılan müşahidələrdə göstərir ki, bu ərazilərdə dayanma-durma tələbləri düzgün yerinə yetirilsə və əvvəlcədən sürücülər bunu düzgün nəzərə alıb təlimat üzrə hərəkət etsələr süni sıxlıqda yaşanmaz. Məsələ bundadır ki, bir çox sürücülər düz məktəbin qapısında avtomobili saxlamaqla uşağın minib düşməsini təmin edirlər. Buda həmin ərazilərdə sıxlığın yaranmasına səbəb olur” - deyə V.Əsədov bildirib.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2020
Baş Prokurorluq sayt təsisçisi və baş direktoruna xəbərdarlıq edib
18.01.2020
20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da yad edilib
17.01.2020
Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi
17.01.2020
Vilayət Eyvazov Kamran Əliyevi əvvəlki vəzifəsinə qaytardı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info