İnquşetiya Təhlükəsizlik Şurasının katibi qətlə yetirilib
Tarix: 27.08.2013 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Sui-qəsdə məruz qalan İnquşetiya Təhlükəsizlik Şurasının katibi Əhməd Kotiyev aldığı güllə yaralarından vəfat edib.
Kotiyevin maşını səhər saatlarında Malqobek-Nazran yolunun Aşağı Açaluki yaşayış məntəqəsindən keçən hissəsində atəşə tutulub. Dəqiqləşdirilmiş məlumatlara görə, Əhməd Kotiyev aldığı yaralardan hadisə yerində dünyasını dəyişib. Kotiyevin sürücüsü ağır yaralanmış vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bundan əvvəl yayılan xəbərlərdə Əhməd Kotiyevin xəstəxanada, sürücüsünün isə hadisə yerində keçindiyi bildirilirdi. Hüquq-mühafizə orqanları sui-qəsdlə bağlı heç bir versiya irəli sürməyiblər. Lakin İnquşetiya dövlət başçısının səlahiyyətlərini yerinə yetirən Yunusbek Yevkurov bildirib ki, Kotiyevin qətli onun qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərin normal həyata qayıtması istiqamətində fəaliyyəti ilə bağlıdır. Əhməd Kotiyev İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini 2011-ci ilin aprelindən icra edir. O, 2007-2009-cu illərdə Nazran şəhər daxili işlər idarəsinin rəisi vəzifəsində çalışıb.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info