Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdüçülərinin sayına görə liderdir
Tarix: 12.09.2019 | Saat: 12:29:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdüçülərinin sayına görə ölkədə liderdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdlərə layiq görülüb.
Beləliklə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatdı.
İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.
Belə ki, müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdüçüsü adını qazanıb. Qeyd edək ki, 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib.
I qrup üzrə ən yüksək bal toplayan (690.5 bal) Əsmər Hacızadə Prezident təqaüdçüsü və Bakı Ali Neft Məktəbinin tələbəsidir. Ali Məktəb üzrə 11 nəfər 680-dən çox bal toplayıb. Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı isə 674.1 olub.
Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarının, 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Bakı Ali Neft Məktəbinin 9 təqaüdçüsü Bakı, 14 nəfər isə müxtəlif şəhər və rayon (o cümlədən 1 nəfər kənd məktəbinin, 1 nəfər isə işğal altında olan rayonlara aid məktəbin) məzunlarıdır. Məlumat üçün bildirək ki, 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Prezident Fərmanı ilə təsis edilən Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği son illər dəfələrlə artırılaraq 210 manat müəyyən edilib.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
18.02.2020
Tarix İnstitutu İkinci Dünya müharibəsinin tarixini yeni səpkidə araşdırır
18.02.2020
Azərbaycanda ilk dəfə Epoxy Resin ilə abstrakt üslubda rəsmlər hazırlayan UNEC istedadı
18.02.2020
Rektor tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb
17.02.2020
Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info