Anna Çapman da “arzuolunmaz şəxslər” siyahısına düşəcək
Tarix: 27.08.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyi Rusiyadakı səfirliyimizə bu ölkənin bir sıra ictimai xadimlərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfəri barədə məlumatı araşdırmağı tapşırıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin verdiyi məlumata görə, əgər səfər faktı təsdiqlənsə, o zaman ölkəmizin işğal altında olan ərazilərinə səfər etmiş şəxslərin adları “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək:
“Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır. Azərbaycanın müvafiq strukturları ilə razılaşdırmadan edilən bu kimi səfərlər qanunsuzdur və Azərbaycanın dövlət sərhədi haqqında qanunun kobud şəkildə pozulmasıdır. Rəsmi İrəvan bu cür təxribatlarla adamları aldadaraq Azərbaycanın işğal altında olan ərazilərinə aparır. Bu bir daha işğalçılıq təfəkküründən uzaqlaşmayan, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə hər yolla zərər vurmağa çalışan rəsmi İrəvanın militarist mahiyyətini təsdiqləyir. Rəsmi İrəvan bu yanaşma ilə əsl niyyətini - status-kvonu qorumaq və Azərbaycan torpaqlarının işğalını davam etdirmək niyyətini nümayiş etdirir. Xatırladaq ki, Moskvanın “Ermənistan-Rusiya əməkdaşlığı” təşkilatının dəvəti ilə Rusiyanın bir sıra jurnalist və ictimai xadimi Ermənistana səfər ediblər. Ermənistan mətbuatının yazdığına görə ayın 30-dək davam edəcək səfər çərçivəsində heyət üzvləri Dağlıq Qarabağa da gediblər. Nümayəndə heyətinin tərkibinə Rusiya kəşfiyyatının keçmiş əməkdaşı Anna Çapman, Rusiya İctimai Palatasının üzvü Denis Dvornikov və başqaları daxildir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info