Hərbi hissədə yeni idman kompleksi istifadəyə verilib
Tarix: 12.09.2019 | Saat: 12:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Sərhəd Mühafizəsinin inkişafı və dövlət sərhədinin etibarlı mühafizəsi üçün sərhədçilərin peşəkarlıq səviyyəsinin və fiziki hazırlığının yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılışını etdiyi DSX-nin Çevik Hərəkət Qüvvələrinin Yevlax şəhərindəki hərbi hissəsində yeni idman kompleksi istifadəyə verilib.
İdman kompleksinin açılış mərasimində iştirak edən DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanı, general-leytenant Ehram Hacıyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hərbi qulluqçular üçün zəruri xidməti və yaşayış səviyyəsinin təmin edilməsi, o cümlədən bədən tərbiyəsi və fiziki hazırlıqla məşğul olmaları üçün lazımi şəraitin yaradılması istiqamətində önəmli tədbirlərin görülməsi, bu sırada “Sərhədçi” idman olimpiya mərkəzinin, həmçinin bütün sərhəd dəstələrinin və digər hərbi hissələrin nəzdində yaradılmış idman komplekslərinin fəaliyyətinə böyük önəm verilməsi xüsusi qeyd olunub.
Yeni inşa edilmiş idman kompleksində çevikliyi və dözümlülüyü artırmaq üçün ən müasir avadanlıqla təchiz edilmiş trenajor zalı, stolüstü tennis və bilyard zalı, voleybol, basketbol və mini futbol oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş böyük idman zalı mövcuddur. İdman kompleksində, həmçinin tamaşaçılar üçün tribuna, idmançılar üçün rahat geyinib-soyunma və yuyunma otaqları, kompleksin fəaliyyətini təmin etmək üçün zəruri avadanlıqla təchiz edilmiş xidməti otaqlar da istifadəyə verilib. İdman kompleksinə baxış keçirildikdən sonra nümunəvi çıxışlar təqdim olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
BDU tələbələri “AzerGold”-da təcrübə keçəcəklər
18.02.2020
Baş prokurorun birinci müavini Goranboy və Xocalı sakinlərini qəbul edəcək
17.02.2020
Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi
17.02.2020
RİİB könüllülər üçün mentorluq fəaliyyətinə dair layihə həyata keçirir
17.02.2020
AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info