Aİİ-də sınaq dərslər təşkil olunur
Tarix: 12.09.2019 | Saat: 12:53:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllimlərin işə qəbulu ilə əlaqədar sınaq dərslərinin təşkili davam etdirilir. Demo dərslərdə institutun rəhbərliyi və müəllim heyəti iştirak edir. Dərslərin təşkilində əsas məqsəd öz sahəsində dərin biliklərə malik, peşəkar mütəxəsislərin işə cəlb edilməsidir.
Qeyd edək ki, Aİİ öz məqsədlərinə nail olmaq üçün kadrların seçiminə xüsusi diqqətlə yanaşır. Yeni kadrların işə qəbulunu İnstitutda yaradılan rəhbər və müəllim heyətindən ibarət komissiya icra edir. Üç mərhələdə reallaşan seçimdə ilkin olaraq komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirilir. Müsahibəyə dəvət olunan və uğurla keçən namizədlər sınaq (demo) dərsinə cəlb edilir. Burada müəllimlərin təqdim etdiyi fənn barədə ümumi bilik və bacarıqlarına, mövzunun tam və açıq surətdə izah etməsinə, müasir dərs vəsaitlərindən istifadəsinə diqqət yetirilir. Sonda komissiya üzvlərinin və ixtisas müəllimlərinin iştirakı ilə işə qəbulla bağlı yekun qərarlar verilir.
Məlumat üçün bildiririk ki, İnstitutda yüksək ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması məqsədi ilə tələbələrə dini elmlərlə yanaşı Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizm, Azərbaycan dili və nitq mədəniyyəti, İnformatika və s. sosial və humanitar elmlər də tədris olunur. Eyni zamanda, İnstitut fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq, tələbə-müəllim mübadiləsi həyata keçirmək məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələri qurur.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var
17.09.2019
“Təhsil kreditləri haqqında“ qanun layihəsi hazırlanacaq
17.09.2019
BDU rektorunun birinci kurslarla görüşləri başlayıb
17.09.2019
Əməyinin izi hər yerdə görünən müəllim...
17.09.2019
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info