“Gənclərin işlə təminatı ilə bağlı ciddi proqramlar həyata keçirilir”
Tarix: 27.08.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


İmaməddin Quliyev: “Son 10 il ərzində görülmüş tədbirlər gənclərin məşğulluq və dövlət idarəçiliyi işində təmsilçiliyində özünü göstərir”

Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) 2000-ci il noyabr ayında yaradılan bir qeyri-hökumət təşkilatıdır. Bir neçə tələbənin könüllü təşəbbüs göstərərək Azərbaycan cəmiyyətinin rifahına xidmət edən məsələlərdə töhfə vermək məqsədi ilə yaratdığı təşkilata hazırda 2 mindən artıq gənc üzvdür. Qeyd edək ki, Avropa Şurasının qərarı ilə AKİB 2005-ci ilin nəticələrinə görə Avropa Gənclər Mükafatı (European Youth Award) ilə təltif edilməklə Avropada ilin gənclər təşkilatı olub. Müsahibimiz İmaməddin Quliyev 2011-ci ilin may ayından təşkilata sədrlik edir.

-Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın sürətli inkişafı, ölkəmizin ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlətin gənclər siyasətində də özünü göstərir.
Düşünürəm ki, bu gün həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına yönəlmiş fəaliyyəti və əldə olunmuş uğurları əks etdirməklə yanaşı, ölkəmizdə dövlət gənclər siyasətinin yeni mərhələsinin başlanması ilə dövlətimizin həyata keçirdiyi ardıcıl ictimai-sosial islahatlar gənclərin hərtərəfli yararlanmasına şərait yaradır. Təsadüfi deyil ki, müasir dövrdə gənclər və idman sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini müəyyənləşdirən vacib göstəricilərdəndir.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Bildiyiniz kimi, dövlətin apardığı gənclər siyasəti-gənclərin öz bilik və bacarıqlarının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədi ilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Bu da bir reallıqdır ki, gənclər siyasətinin əsas istiqamətlərindən biri də bu sahə ilə bağlı infrastrukturun yaradılması və gənclər üçün təhsil, idman, əyləncə və digər infrastruktur layihələrin keçirilməsidir. Həyata keçirilən layihələr içərisində Bakıda və regionlarda tikilən Gənclər evi və mərkəzləri xüsusilə diqqəti cəlb edir. Bu da gənclərə öz potensiallarını üzə çıxarmağa imkan yaradır.
Eyni zamanda Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu ki, bu qərar da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində 2013-cü ilin iyulunda verildi. Mükafatın təsis edilməsi gənclərin elm, mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədi daşıyır. Düşünürəm ki, gənclər üçün əlamətdar olan bu mükafat onların daha da fəal olmalarına və öz potensiallarını nəinki ölkə daxilində, hətta beynəlxalq səviyyədə də tanıtdırmalarına imkan verəcək və daha da çox istedadlı gənclər üzə çıxacaq.
-Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir.
Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır və ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir.
Son 10 il ərzində görülmüş tədbirlər gənclərin məşğulluq və dövlət idarəçiliyi işində təmsilçiliyində də özünü göstərdi. Statistik məlumatlara görə, dünya gənclərinin 25-30%-ə qədərinin işsizliyi fonunda Azərbaycanda gənclərin işlə təminatı məsələsində ciddi proqramlar və fəaliyyətlər həyata keçirilir ki, bu da gənclərin məşğulluq problemlərini həll edir. Eyni zamanda tikilən və tikilməkdə davam edən Gənclər evləri-gənclərin hərtərəfli inkişafını, maraqlarını təmin etmək, asudə vaxtını effektiv təşkil etməklə tərbiyəsini istiqamətləndirmək, eləcə də gənclərə sosial dəstək göstərmək məqsədi ilə yaradılıb.
-Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
- Yeni nəslin inkişafının əsas vasitəsi-gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir.
Məlumat üçün bildirmək istərdim ki, uğurlu gənclər siyasətinin nəticəsidir ki, gənclərin sosial-iqtisadi, siyasi və mədəni həyatda iştirakı artmaqda davam edir. Əgər bir neçə il öncə dövlət qulluğunda çalışanların cəmi 15,8 faizini 30 yaşadək gənclər təşkil edirdisə, son illər dövlət qulluğuna imtahan nəticəsində qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil edir. Bələdiyyə üzvləri arasında 30 yaşadək gənclərin sayı 27,6 faiz, bələdiyyə sədrləri arasında isə 19,1 faiz olub. Beləliklə, hazırda ölkədə iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini gənclər təşkil edir.
Bu da onu göstərir ki, Azərbaycan gəncliyi bu qayğının nəticəsində daha da aktiv olmağa və bunu öz əməli fəaliyyətlərində göstərməyə çalışır. Qeyd edim ki, ulu öndərin əsasını qoyduğu siyasətin Prezident tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən sosial rifahının yüksəlişini təmin edir. Cənab İlham Əliyevin prezident olduğu 10 ildə ölkəmizdə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə, gənc nəslə yaratdığı şərait və verdiyi dəstək Azərbaycan gəncliyinə böyük stimul verir və məhz bu səbəbdəndir ki, Vətənimiz bir sıra qalibiyyətlərin nəticəsi olaraq beynəlxalq müsabiqə, festival və konfranslara ev sahibliyi edib. Ümumiyyətlə, bütün görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğu bəllidir. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezidentin siyasətini birmənalı şəkildə dəstəkləyir və onun yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür. Mən də bir gənc olaraq, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyü siyasəti və gördüyü işləri dəstəkləyirəm. Azərbaycan Könüllülər İctimai Birliyi olaraq biz Prezident İlham Əliyevin növbəti beş ildə dövlətə başçılıq etməsini istəyir və buna inanırıq.
-Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Qeyd edim ki, hazırda ölkədə 200-dən artıq gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri istiqamətlər də kifayət qədər genişdir. Bu gün gənclər QHT-lərinin layihələrini dəstəkləyən əsas donorlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasıdır. Son illərə kimi digər QHT-lər kimi gənclər QHT-lərinin layihələrinin əsas donorları arasında beynəlxalq donorlar üstünlük təşkil edirdisə, hazırda bu nisbət yerli donorların hesabına dəyişib. Eyni zamanda bilirsiniz ki, dövlət proqramı çərçivəsində Prezidentin sərəncamı ilə Gənclər Fondu yaradılıb. Gənclər Fondu da gənclər təşkilatları ilə yanaşı, fərdi olaraq müraciət edən gənclərin layihələrini də maliyyələşdirir. Bu yaradılan imkanlardan gənclərin faydalanması üçün onlarda maraq yaradılmalıdır və bu imkanlardan necə istifadə etmələri ilə bağlı hər bir QHT öz üzvlərinə məlumat verməlidir.
Düşünürəm ki, gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. istiqamətdə həyata keçirilən layihələrə daha çox üstünlük verilməlidir və edilən layihələr Azərbaycan gəncliyinin inkişafına və marağına uyğun olmalıdır.
-Sizin rəhbəri olduğunuz təşkilat bu və ya digər istiqamətlərdə hansı işlər görür?
- Biz də Azərbaycan Könüllülər İctimai Birliyi olaraq dövlətimizin bizə verdiyi imkanlardan maksimum faydalanaraq dövlət proqramına uyğun olaraq müxtəlif istiqamətlərdə donorlara layihələr təqdim etmişik və onların dəstəyi ilə layihələrimizi həyata keçiririk. AKİB Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdadır. Xüsusilə, həyata keçirdiyimiz layihələrdən “Azərbaycan Gənclərinin I Könüllülük Forumu”, “Qarabağ 99 Sualda” adlı layihəni qeyd etmək istərdim. 100 nəfər gənci bir araya gətirən “Azərbaycan Gənclərinin I Könüllülük Forumu”nun keçirilməsində əsas məqsəd aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, könüllülük işini inkişaf etdirmək, gənclərdən ibarət könüllü qrupların yaradılmasını və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyasını təmin etmək, peşəkar mütəxəssislərin təcrübələrini iştirakçılara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarət idi. “Qarabağ 99 Sualda” adlı layihə Qarabağ və Qarabağ münaqişəsiylə əlaqəli Azərbaycan reallıqlarının qeyri-ənənəvi üsullarla öyrənilməsi, təbliğ olunması və dünya ictimaiyyətinə effektiv metodlarla çatdırılmasından ibarətdir. Bundan əlavə, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Gənclər fəaliyyətdə” və “Mənim Peşəm Festivalı” layihələrini qeyd etmək istərdim. 7-9 avqust 2013-cü il tarixlərində keçirdiyimiz və 50 nəfər gənci bir araya gətirən “Mənim Peşəm Festivalı” layihəsinin keçirilməsində əsas məqsəd gənclərin aktiv sosial inteqrasiyasını təmin etmək, peşə sahəsində fəaliyyət göstərən aktiv gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək və onların sosial aktivliyini artırmaqdan ibarətdir.
AKİB Azərbaycanda könüllülük işinin inkişafı və əsasən gənclərdən ibarət könüllülər hərəkatının yaradılması, vətəndaş cəmiyyəti quruculuğuna təkan vermək, sosial, iqtisadi, ekoloji problemlərin aradan qaldırılmasına töhfə vermək və Azərbaycan könüllülərinin beynəlxalq inteqrasiyanın təmin edilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın qurulması üçün çalışmaqdadır. Üzvlərimiz ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak edirlər.
Təşkilatımız beynəlxalq layihələrə də xüsusi önəm verir, Azərbaycan Könüllülər İctimai Birliyi 9-16 sentyabr 2013-cü il tarixləri arasında Polşanın Qdansk şəhərində keçiriləcək layihənin tərəfdaşı olub. Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində keçirilən tədbirdə 10 ölkədən-Polşa, Litva, Rumıniya, İtaliya, İspaniya, Estoniya, Yunanıstan, Ukrayna, Gürcüstan və Azərbaycandan bu layihənin tərəfdaş təşkilatları iştirak edəcəklər. 30 iştirakçı və ekspertlərin iştirakı ilə baş tutacaq tədbirdə ölkəmizi Azərbaycan Könüllülər İctimai Birliyinin 4 aktiv üzvü təmsil edəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info