Sosial mənzillərin növbəti satış tarixi məlum oldu
Tarix: 12.09.2019 | Saat: 12:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin
ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.




 
Bölməyə aid digər xəbərlər
17.02.2020
Spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırıldı
17.02.2020
Siqaretin qiyməti yenidən qalxacaq
17.02.2020
Daha bir neçə ərazi sintetik torlardan təmizləndi-FOTOLAR
15.02.2020
Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir
15.02.2020
Son on ildə muxtar respublikada 77 min uşaq dünyaya gəlib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info