Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir
Tarix: 12.09.2019 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


Rüfət Məmmədov: “Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür”


Sentyabrın 12-də Rusiya Federasiyasının Sverdlovsk vilayəti nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə fəaliyyət göstərən 120-dən çox iş adamı iştirak edib.
Bakı Biznes Mərkəzində keçirilmiş biznes forumda İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, dövlət başçılarının ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4,7 mlrd. ABŞ dolları sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1,2 mlrd. dollar təşkil edir.
Nazir müavini qeyd edib ki, iqtisadi əlaqələrin inkişafında Rusiyanın federal subyektləri, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlıq önəmlidir. Dünən Sverdlovsk vilayəti ilə Azərbaycan arasında imzalanan sənədlər müxtəlif sahələri əhatə edir. Bu, bir daha əlaqələrimizin çoxşaxəli olduğunu göstəirir. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi potensialı böyükdür və bu məqsədlə tədbirlər davam etdirilir. Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild”, “İnnoprom” sərgilərində nümayiş olunur, Rusiyaya ixrac missiyaları təşkil edilir, regionlararası forumlar keçirilir. Rusiya Federasiyası Sverdlovsk vilayətinin Beynəlxalq Münasibətlər və Xarici İqtisadiyyat naziri Vasiliy Kozlov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin, o cümlədən Sverdlovsk vilayəti ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb. Vasiliy Kazlov diqqətə çatdırıb ki, gələn il Sverdlovsk vilayətinin sahibkarlarının Azərbaycana səfərinin təşkil edilməsi planlaşdırılır. Biznes forumda Azərbaycanın biznes mühiti və investisiya imkanları, sənaye parkları barədə təqdimatlar edilib, Sverdlovsk vilayətinin iqtisadi potenisalı barədə videoçarx nümayiş olunub. Biznes forum çərçivəsində Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin "VİNAZ" MMC, həmçinin Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin "TEN" şirkətlər qrupu arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Sonra iş adamları əlaqələrin genişləndirilməsini, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb
25.02.2020
Azərbaycan Türkiyə ərazisi ilə yanvarda 20 mln. barelə yaxın neft nəql edib
25.02.2020
Azərbaycan alternativ enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info