Erməni parlamenti aprel döyüşlərində ağır məğlubiyyətin səbəblərini araşdırır
Tarix: 12.09.2019 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


Ermənistanda aprel döyüşlərində ermənilərin ağır məğlubiyyətə uğramasının səbəblərini təhqiq edən parlament komissiyası 2016-cı ilin aprelində həmin hərbi əməliyyatların iştirakçısı olmuş zabit və əsgərləri qanunverici orqana dəvət edib. AZƏRTAC xəbər verir ki, bu məlumatı Ermənistanın “Qraparak” qəzeti yayıb.
Qəzetin məlumatına görə, ilk növbədə, parlamentə həmin vaxt cəbhə xəttində olmuş erməni hərbçilər dəvət olunacaq və onlar erməni ordusunun bu qədər ağır itkilər verməsinin səbəbləri ilə bağlı mülahizələrini bildirəcəklər. Qeyd olunub ki, artıq bu məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəisinin hazırda vəzifələrində qalan müavinləri parlament komissiyasında ifadə veriblər. Bundan başqa, parlament komissiyası aprel döyüşlərində məğlubiyyətlə əlaqədar qapalı iclas da keçirilib. Bildirilir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da ifadə verəcək.
Qeyd edək ki, Ermənistanın əvvəlki iqtidarının hakimiyyətdən getməsinə əsas səbəb olan və erməni ordusunun döyüş qabiliyyətinin zəif olmasını sübut edən aprel döyüşləri erməni cəmiyyətində ciddi narazılıq doğurub. Hazırkı baş nazir Nikol Paşinyan isə həmin məğlubiyyətdən istifadə edərək öz bədxahlarından qisas almaq fikrindədir.




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
Krasnoyarskda Xocalı şəhidlərinin ruhuna ehsan verilib
26.02.2020
Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Dənizli şəhərində də anılıb
26.02.2020
Ermənistan ordusunda koronovirus tapıldı
26.02.2020
Koronavirus Gürcüstanda turizm gəlirlərinin azalmasına səbəb olub
26.02.2020
Kiyevdə beynəlxalq konfrans: Avropa Şurası Xocalı faciəsinə göz yummamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11455

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info