Akademik Musiqili Teatr Üzeyir Hacıbəyli–XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Tarix: 12.09.2019 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üç səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək. Sentyabrın 20-də və 22-də dahi bəstəkarın “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları, 27-də isə Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, teatr 110-cu mövsümünün açılışında nümayiş olunacaq "O olmasın, bu olsun” iki hissəli musiqili komediyasında Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın peşəkar aktyorları çıxış edəcək. Bu tamaşada həmçinin, İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz teatrının rəhbəri Babək Nəhreyn Hambal obrazını canlandıracaq. “Silva” (İ.Kalma) tamaşasında isə Belarus Respublikasının Əməkdar artisti, Belorusiya Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları ilə birgə eyni səhnəni paylaşacaq.
Akademik Musiqili Teatr teatrsevərləri biri-birindən maraqlı səhnə əsərlərinə baxmağa dəvət edir! 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "iticket.az” saytından əldə etmək olar.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Azərbaycan rəqs kollektivi beynəlxalq festivalda qran-pri mükafatına layiq görülüb
17.09.2019
Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva Azərbaycanda konsert proqramı ilə çıxış edəcəklər
17.09.2019
Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı
17.09.2019
“Qodonun intizarında“ Fərqli səhnədə
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info