Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
Tarix: 12.09.2019 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı AŞPA prezidenti xanım Lilian Mori Paskienin Azərbaycanla tanışlığının, müxtəlif səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaratdığı qeyd olundu. Görüşdə bu il Avropa Şurasının təsis edilməsinin 70 illiyinin qeyd olunduğu və bu çərçivədə keçirilən tədbirlərin önəmi vurğulandı. Söhbət zamanı Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektləri geniş müzakirə edildi, Azərbaycanın Avropa Şurası çərçivəsində mövcud olan konvensiyalara qoşulması və bu istiqamətdə ölkəmizin qanunvericiliyinin uyğunlaşdırılması məsələlərinə toxunuldu. Görüşdə Azərbaycanda insan haqlarının qorunması, demokratik inkişafla bağlı məsələlər müzakirə edildi. Söhbət zamanı Avropa Şurasının gündəliyində duran və qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib
17.09.2019
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info