ABŞ Türkiyə üçün nəzərdə tutulan qırıcıları Polşaya satır
Tarix: 12.09.2019 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Dövlət Departamenti dəyəri 6,5 milyard dollar olan 32 ədəd F-35 beşinci nəsil döyüş təyyarəsinin Polşaya satışına razılıq verib

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti 6,5 milyard dollar dəyəri olan 32 ədəd F-35A tipli beşinci nəsil döyüş təyyarəsinin Polşaya satışına razılıq verib. TRT xəbər veriri ki, ABŞ-ın Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bu barədə yazılı açıqlama verərək, satışa 32 ədəd F-35A tipli təyyarə ilə yanaşı 33 ədəd F-135 ehtiyat mühərriki, təyyarənin elektron hərb sistemləri və bir sıra ehtiyat hissələrinin də daxil olduğunu bildirib: "Bu satış Polşaya bölgədəki təcavüzkarlıqlara qarşı etibarlı bir müdafiə qabiliyyəti qazandıracaq və ABŞ qüvvələri ilə birgə fəaliyyəti təmin edəcək". Qeyd edək ki, Polşa Rusiya istehsalı olan Mig-29 və Su-22 qırıcılarından ibarət filateliyasını yeniləmək məqsədilə F-35A-ları satın almaq üçün ABŞ-a müraciət etmişdi. Varşava rəhbərliyi ölkənin hərbi modernləşmə strategiyası çərçivəsində hərbi xərclərini 2026-ci ilə qədər 47 milyard dollara çıxarmağı nəzərdə tutub. ABŞ-dan 2017-ci ildə 10,5 milyard dollarlıq "Patriot "hava müdafiə sistemi alan Polşa son zamanlar HMARS raket sistemləri, "stand off" raketləri və 2 milyard dollar məbləğində başqa hərbi texnika alıb. Ekspertlər qeyd edirlər ki, ABŞ-ın Polşaya satdığı bu təyyarələr Türkiyə üçün nəzərdə tutulan F-35 qırıcılarıdır. Türkiyənin Rusiyadan aldığı S-400 raketdən müdafiə sistemi ilə bağlı ABŞ-la Türkiyə arasında yaranan narazılıq dalğası səngimək bilmir. ABŞ-ın müdafiə naziri son açıqlamasında bir daha bəyan edib ki, S-400 sistemlərinə görə F-35 qırıcılarının Ankaraya satışı mümkün deyil. Türkiyə ancaq Rusiya sistemindən imtina edəcəyi təqdirdə yeni nəsl qırıcıları əldə edə bilər. Pentaqon israr edir ki, ABŞ istehsalı olan yeni nəsl qırıcılarla Rusiyanın istehsalı olan raketdən müdafiə sistemləri eyni anda işləyə bilməz. ABŞ, qırıcıların müəyyən texniki parametlərinin S-400 vasitəsilə Rusiyanın əlinə düşməsindən ehtiyat edir. Ankara isə ABŞ-ın bu iddialarının reallığı əks etdirmədiyini israrla təkrarlayır. ABŞ yaranan problemlə görə Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina edib. ABŞ-da hazırlıq keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıb. ABŞ Türkiyə üçün nəzərdə tutulan qırıcıları Polşaya satmaq qərarına gəlib. Polşa həmin qırıcıları almaq üçün növbədə olan dövlətlərdən biri idi.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Böyük Britaniya parlamentariləri YPG / PKK terrorçuları ilə görüşdülər
18.09.2019
Gürcüstanda respondentlərin 78 faizi ölkənin Aİ-na, 71 faizi NATO-ya üzvlüyünü dəstəkləyir
17.09.2019
Prezident Əşrəf Qaninin mitinqinəǝ hücum ǝtəşkil edildi
17.09.2019
Tacikistan Qırğızıstana nota verib
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info