“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
Tarix: 12.09.2019 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Baş nazir Novruz Məmmədov “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar imzalayıb.
AZƏRTAC xəbər verir ki, Qərarın imzalanmasında məqsəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.20-ci yarımbəndinin icrasını təmin etməkdir. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər.
Qərarda əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqini həyata keçirən subyektlər, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi istiqamətləri, üsulları, müddəti, müyəssərliyin, inklüzivliyin, əlilliyə görə ayrı-seçkiliyin və ağlabatan uyğunlaşdırma qaydalarına riayət olunmasının müşahidələri, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin informasiya və kommunikasiya texnologiyaları təminatı, əlilliyi olan şəxslərin hüquqları sahəsində həyata keçirilmiş dövlət monitorinqinin nəticələri kimi müddəalar yer alıb.




 
Bölməyə aid digər xəbərlər
04.08.2020
Pensiyalar və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq - Komitə sədri
03.08.2020
Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb - VİDEO
03.08.2020
Pandemiya dönəmində QHT-lərin birgə fəaliyyətinin effekti
03.08.2020
Metro və “Mall”ların açılması koronavirusun artmasına səbəb ola bilər
03.08.2020
“Avqustun 5-dən “cimerlik.az” saytı fəaliyyətə başlayacaq“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Manqal salatı-VIDEO
2 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
3 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
4 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
5 Parça qalıqlarından unikal geyimlər: azərbaycanlı dizayner dayanıqlı dəb yaradır-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info