“Gürcü dilini bilən azərbaycanlı gəncin vəzifə tutması üçün heç bir maneə yoxdur”
Tarix: 13.09.2019 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər arasında ən gənc direktor Qardabani rayonunun Qaracalar kənd məktəbinin direktoru, 1992-ci il təvəllüdlü Məhəmməd Xəlilovdur. O, 2017-ci ildə, 25 yaşında təhsil müəssisəsinə direktor təyin olunub.
“Palitra“ “www.24news.ge“ saytına istinadən 27 yaşlı direktorun müsahibəsini təqdim edir:

- Necə oldu ki, Qaracalar məktəbinə direktor təyin olundunuz?
- Direktor vəzifəsinə imtahansız, lakin müsabiqə yolu ilə təyin olunmuşam. O zaman məktəbin direktoru yox idi. Özüm Qaracalar kəndində anadan olmuşam. Kənd məktəbində 1-ci sinifdən 5-ci sinfədək təhsil almışam. Daha sonra təhsilimi Tbilisidə davam etdirmişəm. Beynəlxalq Qara dəniz Universitetini bitirəndən sonra Qardabaninin digər məktəbində, təxminən, iki il yarım ingilis dili müəllimi kimi çalışmışam.
- Gənc olaraq məktəbə rəhbərlik etməkdə hansısa çətinliklərlə üzləşirsinizmi?
- Əlbəttə. Asan tərəflərlə yanaşı, çətin tərəflər də var. Lakin buna baxmayaraq, maraqlıdır. Əsas məsələ məktəbdə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tələb etdiyi təhsil prosesini təşkil etməkdir. Məktəbimizin gənc və yaşlı müəllimləri arasında düzgün münasibətlərin qurulmasına dəstək verməyə çalışıram. Bu proses əslində maraqlı keçir. Gənc müəllimlər yeni, müasir elm və texnologiyalardan istifadə etməklə yaşlı müəllimlərə dəstək olurlar. Yaşlı müəllimlər isə öz növbəsində təcrübələlərini gənc həmkarları ilə bölüşürlər.

- Məktəbinizin məzunlarının ali məktəblərə qəbulla bağlı göstəriciləri necədir?

- Bu il məktəbimizin 17 məzunu oldu. Onlardan biri ali məktəbə imtahan vermədi və başqa ölkəyə getdi. Yerdə qalan 16 məzunun 15-i ali məktəbə qəbul oldu. Bu, çox yaxşı göstəricidir. Bu yüksək göstəricinin əldə olunmasında əməyi keçən hər kəsə minnətdaram.
- Gürcüstanda azərbaycanlı gənclərin yüksək vəzifəyə təyin olunması yolunda maneələrin olması fikri ilə razısınızmı?

- Gürcüstan vətəndaşı olduğumuz üçün bizim gürcü dilini bilməyimiz əsas şərtdir. Hesab edirəm ki, azərbaycanlı gənclər qarşısında duran əsas maneə dövlət dilini bilməməkdir. Gürcü dilini bildiyimiz təqdirdə digər maneələrin hamısının öhdəsindən gəlmək o qədər də çətin deyil. Mənim direktor olmağım buna nümunə və faktdır. Mən ali təhsilli və dövlət dilini bilən azərbaycanlı gəncin Gürcüstanda vəzifəyə təyin olunmaması fikrinin yanlış olduğunu sübut edirəm. Direktor olmağım həm də onu göstərir ki, azərbaycanlı gənc Gürcüstanda vəzifə tutmaqla bağlı tələblərə tam cavab verirsə, onun qarşısında heç bir halda maneə və ya sədd ola bilməz.
- Qaracalar məktəbinin hər hansı çətinliyi varmı?
- Məktəbi 2011-ci ildə Heydər Əliyev Fondu inşa edib. Bina yeni olduğundan heç bir problem yaşanmır.




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
“Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır”
24.02.2020
“Könüllülük fəaliyyəti həm də bir təcrübədir”
24.02.2020
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
21.02.2020
“Necə olub ki, repressiya illərində bütün dostları həbs edildiyi halda, Abdulla Şaiqə toxunan olmur?”
20.02.2020
“Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info