“Təqdim etdiyimiz yeni məhsul mövcud könüllü həyat sığortası məhsullarından çox fərqlidir”
Tarix: 13.09.2019 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


“Qala Həyat” bazara yeni könüllü həyat sığortası məhsulunu çıxarıb

Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” “əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası” adlı yeni könüllü həyat sığortası məhsulunu təqdim edib. “Qala Həyat” Sığorta Şirkəti ASC-nin satış departamentinin müdiri Amil Cəlilovun yeni məhsulla bağlı müsahibəsini təqdim edirik.

- Amil bəy, bildiyimiz qədər, şirkətin məhsulyaratma qrupu tərəfindən “əmək qabiliyyətinin itirilməsi halından sığorta olunanın həyat sığortası” məhsulu hazırlanıb, bu məhsulun satışına nə vaxtdan başlanılacaq?

-Bəli, tamamilə doğrudur. Bu, “Qala Həyat” komandası tərəfindən hazırlanmış yeni unikal həyat sığortası məhsuludur. Yeni məhsulumuz artıq bazara təqdim edilib. Həmin məhsul icbari sığortaya əlavə kimi nəzərdə tutulmuşdur. Ümumilikdə məqsədimiz daha əlverişli şərtlərlə könüllü həyat sığortası məhsulları yaratmaqla əhalimizin bu məhsullara əlçatanlığını təmin etməkdir.
Qeyd etməliyəm ki, məhsulun əsas şərtlərindən biri onun sığorta təminatı hesab edilir.
Yeni yaratdığımız məhsulun sığorta təminatına sığortalı ilə bağlanmış əmək müqaviləsi əsasında əmək funksiyasını həyata keçirən sığorta olunanın istehsalatda bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı daxildir.
Məhsulun şərtlərində istehsalatda bədbəxt hadisə dedikdə əmək funksiyasını həyata keçirərkən sığorta olunanın bədən üzvlərinin zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı da nəzərdə tutulub.

- Yeni məhsulun bazardakı mövcud könüllü həyat sığortası məhsullarından fərqi nədir?

-Bazara təqdim etdiyimiz yeni məhsul mövcud könüllü həyat sığortası məhsullarından çox fərqlidir. Belə ki, bu fərqlərdən biri iş qabiliyyətinin müvəqqəti itirilməsi halının sığorta təminatına daxil edilməsidir.

- Amil müəllim, məhsul üzrə sığorta ödənişlərinin həddi necə müəyyən edilib?

- Sığorta hadisəsi baş verərsə sığorta ödənişinin həcmi aşağıdakı həddə müəyyən edilmişdir:

a) Əgər sığorta olunan istehsalatda bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətini 7-14 gün müddətinə müvəqqəti itirərsə 150 manat;

b) 15-20 gün müddətinə müvəqqəti itirmәsi halında 300 manat həcmində;

c) 21 gün və daha artıq müddətə müvəqqəti itirilməsi halında isə 500 manat həcmində ödəniş verilir
-Məhsul üzrə sığorta haqqı məbləğinin hesablanması barədə məlumat vermənizi xahiş edirəm

-Bildirmək istəyirəm ki, sığorta haqqı məbləğinin hesablanması şəxsin yaşı, cinsi həmçinin müəssisə və ya təşkilatın birbaşa fəaliyyət növündən asılıdır.

- Cari ilin sonunadək həyat sığortası bazarına daha hansı yeni məhsullar təqdim edəcəksiniz?

-“Qala Həyat” sığorta şirkəti bazara yeni və sərfəli məhsullar təqdim etmək üçün məhsul yaratma qrupu tərəfindən daim araşdırmalarını davam etdirir. Təbii ki, yeni məhsullar yarandıqca bu haqda ictimaiyyətə məlumat veriləcək. Yeni yaradılacaq məhsullarımız yalnız korporativ müştərilər üçün deyil, eyni zamanda fiziki şəxslər üçün də nəzərdə tutulub. Bu məhsullar bazarda müştərilər tərəfindən qayğısız həyat devizi ilə xatırlanacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Prezident mükafatçısı Elmar Əsgərzadə: BANM innovasiya sahəsində ən qabaqcıl ali təhsil müəssisələrindən biridir
18.02.2020
Mərkəzi Gömrük Hospitalının həkimləri Azərbaycanda daha bir ilkə imza atdılar
18.02.2020
Azərbaycan hər nəfərə düşən büdcə xərclərinə görə regional liderdir
17.02.2020
Gülnar Nəzərova: “ASAN xidmət” vətəndaşa bir mərkəzdə rahat və şəffaf xidmət təqdim edir”
16.02.2020
Azərbaycan və Türkiyə qanunları: fərqlər və bənzərliklər

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11452

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Sarayın ləzzətləri: mutancana
3 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
4 Ermənistandakı siyasi xaos - ​İkiüzlülərin görmək istəmədiyi həqiqətlər
5 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info