İtaliya Azərbaycanın əsas ticarət tərəf daşlarından biridir
Tarix: 27.08.2013 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın ölkəmizə yeni təyin olunmuş səfiri Ciampalo Kutillon ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Elmar Məmmədyarov Ciampalo Kutillonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu deyən nazir yeni təyin edilmiş səfirin iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirən Ciampalo Kutillon İtaliyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu diqqətə çatdırıb. O, həmçinin deyib ki, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylə çalışacaq.
Nazir Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karin Peçit ilə də görüşüb. Azərbaycan-Belçika ikitərəfli əlaqələrinin inkişafından məmnunluğun ifadə olunduğu görüşdə nazir yeni təyin edilmiş səfirin iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edən Karin Peçit ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətlərin davam etdirilməsində və inkişafında maraqlı olduğunu bildirib. Xanım K.Peçit diqqətə çatdırmışdır ki, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Xarici işlər naziri Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Jan Qabrielseni də qəbul edib. Görüşdə Azərbaycanla Niderland arasındakı əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub, əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb. Nazir Elmar Məmmədyarov yeni təyin olunmuş səfirin bu münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə edib. Etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edən Robert Qabrielsen, ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini diqqətə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb
15.01.2019
Hava şəraiti kəskin dəyişəcək: temperatur 10 dərəcə enəcək
15.01.2019
Bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib
14.01.2019
Məhkum olunmuş gənclərin peşə hazırlığı işlərinə yardım göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info