Ermənistanın dövlət quruluşu dəyişir
Tarix: 28.08.2013 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Ermənistan hakimiyyəti ölkə Konstitusiyasına dəyişiklik etmək niyyətindədir. Ermənistanın “armtoday.info” saytının verdiyi xəbərə görə, ölkənin parlamentli respublika olması istisna olunmur. Bu barədə hakim Respublika Partiyasının üzvü David Arutyunyan bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı uzun müddətdir ki, müzakirələr aparılır: “Diskussiyalar uzun müddətdir ki, aparılır, 2005-ci ildə ölkə Konstitusiyasına daxil edilən məsələlər bu gün qənaətbəxş hesab olunmur”. Onun sözlərinə görə, artıq Konstitusiyaya dəyişiklik edilməsinin zamanı gəlib çatıb: "Bəzi təhlükəli hesab olunan məqamlara görə Konstitusiyaya dəyişiklik etmək lazımdır."
D.Arutyunyan bildirib ki, müəyyən fikir formalaşana qədər bir neçə ay müzakirələrin davam edəcəyi gözlənilir. Eyni zamanda o istisna etməyib ki, bu yeni ilin əvvəlindən tez başa çatmayacaq.
O həmçinin bildirib ki, parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan Respublika Partiyasının siyahısına hazırki prezident Serj Sarksyan başçılıq edəcək və qələbə qazanarsa, ölkənin baş naziri olaraq ölkəni idarə edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info