MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
Tarix: 15.09.2019 | Saat: 11:16:00 | E-mail | Çapa göndər


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Soyuq Müharibə dövründə heyvanlardan gizli əməliyyatlarda istifadə edib.
MKİ quşlar, delfinlər, pişiklər və itləri bu əməliyyatlarda gizli şəkildə istifadə etmək üçün əhliləşdirib.
Faktı MKİ-nin gizliliyini ləğv etdiyi sənədlərdə BBC aşkar edib. Məlum olub ki, təşkilat Soyuq Müharibədə SSRİ-nin daxilindəki həssas bölgələrin fotolarını əldə edə bilmək üçün göyərçinlərdən istifadə edib. Avropada bir pəncərənin kənarına qarğa vasitəsilə dinləmə cihazı qoyulub. SSRİ-nin kimyəvi silahlardan istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün köçəri quşlar plana daxil edilib. “Acoustic Kitty” əməliyyatında isə pişiyin bədəninə səsdinləmə cihazı yerləşdirilib.
1960-cı illərdə sualtı əməliyyatları müşahidə etmək üçün təşkilatın köməyinə delfinlər gəlib. Delfinllər SSRİ-nin nüvəli sualtı gəmilərinin səslərini hiss etmək, bioloji və radioaktiv silah qalıntılarını müəyyənləşdirmək baxımından əvəzsiz olub. İtləri uzaqdan idarə edə bilmək üçün beyinlərinə elektriklə siqnal göndərilib.
Qeyd edək ki, Soyuq Müharibə 1945-1990-cı illər arasında olub. (publika.az)




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info