Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
Tarix: 16.09.2019 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, final görüşünə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar baxıblar.
Turnirin həlledici görüşündə “Elite Horse & Polo Club Baku” (Azərbaycan) və “Los Nocheros Polo Club Münster” qarşılaşıblar. Bu dəfə də yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4. Komandamızın heyətində Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər.
Almaniyanın “Los Nocheros Polo Club Münster” ikinci, İsveçrənin “Evviva Polo Club St. Moritz” üçüncü, Rusiyanın “Planernaya Polo Club Moscow” komandası isə dördüncü yeri tutub.
Daha sonra dünya kubokunun qalibi olan komandamız mükafatlandırılıb. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib. Turnirin ən yaxşı oyunçusu komandamızın poloçusu Elçin Camallı seçilib.
Turnirin bütün oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçirilib.
Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info