“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaratdı – “ŞƏRİKLİ KASKO”
Tarix: 16.09.2019 | Saat: 12:16:00 | E-mail | Çapa göndər


Müştərilər üçün daim yeniliklər yaradan “Qala Sığorta” şirkəti bu dəfə avtomobil sahibləri üçün “Şərikli Kasko” adlı yeni unikal sığorta məhsulunu təqdim edib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, «Şərikli Kasko» məhsulu tam sığorta haqqını ödəmək istəməyən, nisbətən ucuz qiymətə kasko sığorta əldə etmək istəyən sürücülər üçün nəzərdə tutulub.
Məhsulun şərtlərinə görə, müştəri sığorta haqqının 50%-ni ödəməklə tam sığorta təminatını əldə edir. Digər 50% sığorta haqqı isə yalnız sığorta hadisəsi baş verəndə tələb olunur. Sığorta hadisəsi baş vermədiyi halda sığorta haqqının 2-ci hissəsi tələb olunmayacaq.
Fiziki şəxslərə məxsus minik avtomobillərinin sığortası üzrə tarif cədvəlinə əsasən, istehsal tarixləri 2011-2019-cu illər aralığında olan avtomobillər üzrə müştərilərə iki təminat – “Rəsmi servis” və “Standard” sığorta təminatları təklif olunur.
“Rəsmi servis” və “Standard” təminatlı paketin şərtlərinə əsasən, franşizanın məbləği 100 AZN, 250 AZN və 500 AZN müəyyən edilib.
Bundan başqa, «Şərikli Kasko» məhsulunu əldə edən müştərilərə sərnişinlərin fərdi qəza sığortası və üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası növləri sərfəli şərtlərlə təklif edilir. Qeyd edək ki, «Şərikli Kasko» məhsulu üzrə minimal sığorta haqqı 200 AZN müəyyən edilib. Bu məhsul üzrə sığorta təminatı yalnız Azərbaycan Respublikası ərazisini əhatə edir. «Şərikli Kasko» məhsulu ilə bağlı ətraflı məlumat üçün (012) 377 10 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
18.10.2019
Böyük Britaniyalı mütəxəssislər Gömrük Akademiyasında olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info