Əflan İbrahimov: “Rüstəm İbrahimbəyovun hakimiyyətlə davası mülk, torpaq davasıdır, xalqın mənafeyi deyil”
Tarix: 28.08.2013 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


“El” hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimov Rüstəm İbrahimbəyovun onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib. Ə.İbrahimov “Trend”ə bildirib ki, Rüstəm İbrahimbəyovun bir neçə simaya qulluq etdiyi bəlli oldu: “Bu ana qədər fikirləşirdim ki, Rüstəm İbrahimbəyov yaşlı adamdır, səhvlərini qabartmaqla onu stresə salmaq lazım deyil. Onsuz da Seçki Məcəlləsini və Konstitusiyanı yaxşı bilməmək Rüstəm İbrahimbəyovu respublikada biabır etdi. Bununla yanaşı, Eldar Namazov kimi qanunları zəif dərəcədə bilən bir insan özünü bilməməzliyə vurub Rüstəm İbrahimbəyovu savadsızcasına biabır etdi. Rüstəm bəy! Müxalifətdə kimlərin olduğunu hələ sən yaxşı bilməzsən. Siz gəlib Əli Kərimovlarla, Eldar Namazovlarla, Cəmillərlə özünüzü bir səviyyəyə, hətta ondan aşağı saldınız. Mən Rüstəm İbrahimbəyovla danışanda o, mənə başqa şey demişdi, bu səbəbdən də “El” hərəkatının yaradılmasında üzərimə böyük öhdəlik götürdüm. Bu ziyalı insan mənim fikirlərimi öyrənmədən hər şeyi alt-üst edərək özünü Eldar Namazova, Əli Kərimliyə, Cəmil Həsənliyə bağladı. Rüstəm bəy! Məndən fərqli olaraq özünüzə xaricdən dəstək axtarırsınız. Demək, sizin ixtiyarınız sizin özünüzdə deyil. Üst-üstə Azərbaycanda 3 il yaşamamısınız. “El” hərəkatını yaradıb, sizi müdafiə etməklə sizin markanızı mən və komandam qaldırmışdı”. Ə.İbrahimov deyib ki, son vaxtlar Rüstəm İbrahimbəyova görə, bütün şirvanlılar biabır olub: “Ona görə o, sözünün üstündə durmayan, əqidəsini tez-tez dəyişən bir adamdır. “Sənədlərimin düzəlib və ya düzəlməyəcəyi halda avqustun 2-də Vətənə dönəcəyəm” deyən Rüstəm İbrahimbəyov Azərbaycana gəlməməklə qorxaq simasını göstərdi. Hansı oyunu oynadığınızı özünüz fikirləşin. Bu xalqın içərisində yaşamayan, dərdini bilməyən Rüstəm İbrahimbəyov bu xalq üçün nə yaxşılıq edə bilər axı? Yanlışlıq Rüstəm İbrahimbəyovdadır. Bu hakimiyyət sənin üçün hər cür şərait yaradıb. Daha bu dövlətdən niyə narazısan? Əslində Rüstəm İbrahimbəyovun hakimiyyətlə davası mülk, torpaq davasıdır, xalqın mənafeyi deyil. Rüstəm bəy! Bilməliydiniz ki, mənimlə mübarizə aparmaq Eldarların, Eldənizlərin, Əli Kərimlilərin işi deyil”. Ə.İbrahimov vurğulayıb ki, Rüstəm İbrahimbəyovu Azərbaycanda, xüsusən Şirvanda heç tanımırlar: “O doğulduğu Şamaxı torpağına heç bir kömək etməyib, pullarını çürük və fəlakətli işlərə sərf edib. Rüstəm bəy! Mən sizə görə utandım, qazandığınız uğurları da itirəcəksiniz, necə mənim yaratdığım “El” hərəkatını itirdin”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info