Yeni tədris iliniz mübarək!
Tarix: 16.09.2019 | Saat: 13:34:00 | E-mail | Çapa göndər


XXI əsrin “Təhsil əsri” olması cəmiyyətin bütün sahələri ilə yanaşı, bilavasitə təhsilə daha çox diqqət yetirilməsi, müasir dünyamızın qlobal problemi kimi onu bütün fəaliyyətlərin fövqünə qaldırılması ilə nəticələndi. İnsanlığın formalaşması üçün əsas əlamətlərdən biri sayılan təhsil indiki zamanda önəmli olmaqla daha qüdrətli cəmiyyət hadisəsinə çevrildi. Dünyanın, o cümlədən ölkəmizin təhsil həyatında keçirilən islahatlar, baş verən dəyişikliklər məhz bu zərurətdən yarandı. Ardıcıl və sistemli şəkildə həyata keçirilən islahat tədbirlərində təhsilin müxtəlif pillə və səviyyələri nəzərə alınmışdır. Müstəqil Azərbaycanın təhsil siyasətinə uyğun olaraq onun dünya təhsil sisteminə inteqrasiya edilməsi zəruri şərt kimi diqqət mərkəzində saxlanılmışdır. Bir sözlə, ölkəmizin təhsil siyasətində tədris prosesi prioritet məsələ kimi daim izlənməkdədir.
Sentyabrın 16-da Azərbaycanda 2019-2020-ci tədris ilinə start verilib. 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 16 şagird təhsil alacaq. Təhsil Nazirliyindən verilən məlumata əsasən, şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 43, XI sinfində isə 82 min 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bu il Azərbaycanda 16 sentyabr Bilik Günüdür. Minlərlə övladımız bilik almaq, bacarığa yiyələnmək üçün məktəblərə, universitetlərə, peşə məktəblərinə gedirlər. Məktəb elə bir məkandır ki, buradakı psixoloji ab-hava övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidə və vətəndaşlıq hissinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. Bu gün təhsilin yeni məzmun keyfiyyətinə görə biliklə yanaşı, bacarıq və qabiliyyətin formalaşmasına, bütövlükdə insan şəxsiyyətinin yetkinləşməsinə, vətəndaş şüurunun müəyyənləşməsinə zəmin olan prosesin başlanğıcıdır. Cəmiyyətimizdə nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir. İnanırıq ki, Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək, dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır. Bu yolda hər kəsə yeni-yeni nailiyyətlər arzulayırıq.
Bu il məktəbə başlayan birinciləri, eləcə də bütün müəllimləri. şagird və tələbələri, onların valideynlərini bu gözəl bayram münasibətilə təbrik edirik. Yeni tədris iliniz mübarək!




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Ukraynanın ali təhsil ocağında Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb
18.10.2019
ADU-da “Haqq səsimiz” mövzusunda dəyirmi masa keçirilib
18.10.2019
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
17.10.2019
“İbtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur”
17.10.2019
BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info