Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
Tarix: 16.09.2019 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Moskvada nəşr olunmuş “Политическое наследие периода ханств истории Азербайджана в свете документов” (“Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”) kitabı Rusiyanın aparıcı kitabxanalarına verilib. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Mehdiyevin müəllifi olduğu kitab Rusiyanın 20-yə yaxın ən nüfuzlu kitabxanasının fonduna daxil edilib. Onların sırasında Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Federasiyası Prezident Administrasiyası Kitabxanası, Rusiya Federasiyası Parlament Kitabxanası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Kitabxanası, Rusiya Elmlər Akademiyası Kitabxanası və oxucuların daha çox müraciət etdiyi digər kitabxanalar var. Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətlərini üzə çıxaran kitab bir çox elmi mənbələrdə əksini tapmış yanlış qənaət və nəticələrin aradan qaldırılmasına, eləcə də ictimai fikir üçün aktual və önəmli olan mövzuya daha sistemli və ədalətli baxışın formalaşmasına imkan yaradır, tarixi hadisələri, simaları tutarlı elmi faktlar və arxiv sənədləri vasitəsilə işıqlandırır. Tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbə olan əsərin rus dilinə tərcüməçisi Püstə Axundova, redaktoru Nadiyə Qafarova və Fərrux Rzayevdir. Mətnlərə dair şərh və qeydlərin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayevdir.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı
19.10.2019
Gələn ildən məktəb və uşaq bağçalarının yaxınlığında enerji içkilərinin satışına icazə verilməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info