Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
Tarix: 16.09.2019 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə aşiq olan, Rusiyada yaşayan yazıçı, ictimai xadim, biznes- ledi Mariya Suvorovskaya oxucularını heyrətləndirməkdə davam edir. Onun "Xəzər üzərində yelləncək" adlı kitabı populyarlıq qazandıqdan sonra, dekabr ayında növbəti, "Üzümlüyün yanındakı ev" adlı yeni kitabı nəşr olunacaq. Əsər Azərbaycanda şərabçılıqla əlaqəli bir sevgi hekayəsi haqqındadır.

- Mariya xanım, niyə şərabçılıq?

- Çünki şərab təkcə içki deyil, bütöv bir fəlsəfədir. Azərbaycanda şərabçılıq yeni populyarlıq dalğası yaşayır. Alkoqol içmirəm, amma Azərbaycan şərablarının dünyada və təbii ki, Rusiyada necə sevildiyini bilirəm. Şərab bir məcazdır. Kompleks zövq, böyümək, yenidən düşünmək, axtarış, çoxyönlüdür. Hekayənin əsasını, son dövrlərdə çox rast gəldiyimiz , həyatı yenidən başlamağı qərara almış iki yetkin insanın sevgi hekayəsi təşkil edir. Yenidən boş bir vərəq götürmək, tapmaq, sevmək və itirməmək heç vaxt gec deyil.

- Sevgi haqqında yazmaq üçün bunu hiss etmək lazımdır. Sizin üçün sevgi nədir?

- Sevgi ailəm, sevimli ərim, üç övladım, valideynlərim, komandam, işimdir. Sevgi hər gün tapıla bilən, dünyanın gözəlliyidir. Düşən payız yarpaqlarında, axşamın sükutunda və qürub rəngləri... Dənizin səsi və bir qurtum ətirli çay... Sevgi ətrafımızdadır, lakin biz həmişə onu görə bilmirik.

- "Üzümlüyün yanındakı ev" adlı yeni kitabı haradan və nə vaxt tapmaq olacaq?

- Kitab dekabr ayında təqdim ediləcək, mağazalara və elektron qaynaqlara yerləşdiriləcək. İndi Bakıda, “Əli və Nino” şəbəkəsində və Bakı Kitab Mərkəzində “Xəzər üzərində yelləncək” kitabını tapa və əldə edə bilərsiniz. Azərbaycan kitab mağazalarına və ölkənin bütün oxucularına işimə göstərdikləri dəstəyə və diqqətə görə təşəkkür edirəm. Bu, şübhəsiz ki, məni çox ruhlandırır. Kitab soruşulur, axtarılır və biz daim Bakıya yeni nüsxələr göndəririk. Dekabr ayında Bakıda yeni bir hekayəni də təqdim edəcəyik. Düşüncələriniz oxuculara yaxın olduqda, bu, bir yazıçının xoşbəxtliyidir. Çox rəy alıram. Mən isti, alovlu hisslərin, sevginin bu dünyanı idarə etdiyini başa düşürəm. Həm də hər kəsin qəlbində rahat bir köşəsi, öz "üzümlüyünün yanında evi" var.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.10.2020
Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
14.10.2020
Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
09.10.2020
Prezident İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb
09.10.2020
“Ayrı-ayrı bölgələrdə fəal sakinləri ekoturizmin internetdə təbliğinə cəlb etmək lazımdır”
08.10.2020
Məhərrəm Əliyev: Bu gün Azərbaycanda vahid güc reallığı Ali Baş Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info