Bakıda BMT-nin gənclər üzrə bir neçə tədbiri keçiriləcək
Tarix: 28.08.2013 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İnkişaf Proqramının əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu York Qərargahında rəsmi səfərdədir. Nümayəndə heyəti ilk olaraq BMT-nin İctimai Əlaqələr və İctimai İnformasiya üzrə Baş katib müavini Peter Launski-Tieffental ilə görüşüb. Görüşdə BMT-nin Gənclər Forumunun gələn il Bakıda keçirilməsi təşəbbüsü bəyənilib və BMT-nin Baş katibinin də tədbirdə iştirak edəcəyi xüsusi olaraq vurğulanıb. Gənclər Forumu elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı qlobal və dayanıqlı inkişafın mümkün təşviqi yolları və vasitələrin tapılması prosesində gənclərin iştirakı üçün bir platformadır. Nümayəndə heyəti eyni zamanda BMT Baş katibinin yeni təyin olunmuş gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi ilə görüşüb. Gənclər üzrə nümayəndə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi islahatlarından xəbərdar olduğunu bildirib və gənclər üzrə Dövlət Proqramını dövlətin Gənclərə qayğısı kimi qiymətləndirib. Əhməd Əlhəndavi BMT-nin gənclər məsələləri üzrə ekspertlərinin I Simpoziumunun növbəti ilin iyununda keçiriləcəyini və Bakı şəhərinin bu tədbir üçün münasib olduğunu bildirib. Nümayəndə heyətinin rəhbəri İ.Babayev BMT Təhlükəsizlik Şurası Modelində iştirakla yanaşı, Azərbaycanda həyata keçirilən gənclər siyasətini, gənclər təşkilatları və gənclər evlərinin fəaliyyətini əyani müşahidə etmək üçün Əlhəndəvini Azərbaycana dəvət edib. Səmimi və dostluq şəraitində başa çatan müzakirələrin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin gənc diplomatları və tələbələrinin iştirakı ilə bağlı məsələlər öz həllini tapıb. Xatırladaq ki, dördgünlük konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək. Azərbaycan 1 yanvar 2012-ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və onun üzvlüyü 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcək. Bu iki il ərzində Azərbaycan 2012-ci ilin may ayında TŞ-ə sədrlik edib və növbəti oktyabr ayında bir aylıq müddətə yenidən başçılıq edəcək. Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu York qərargahına rəsmi səfəri davam edir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info