Zəminə Dünyamalıyeva: “Seçkilərə qısa vaxtın qaldığı bir dönəmdə Cəmil Həsənli uğurlu seçki kampaniyası apara bilməyəcək”
Tarix: 28.08.2013 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri, “milli şura”nın üzvü Zəminə Dünyamalıyeva verdiyi açıqlamalarda qurumun seçdiyi yeni namizədlə bağlı optimist fikirlər səsləndirməyib. O, “milli şura”nın sonuncu sessiyasında iştirak etdiyini və hətta əlavə vahid namizəd ideyasının, o cümlədən Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinin əleyhinə səs verdiyini vurğulayıb.
“Palitra”ya açıqlama verən Z. Dünyamalıyeva bildirib ki, “milli şura”nın indiki vəziyyətdə perspektivini görmür: “Mən ümumilikdə Cəmil Həsənlinin şəxsiyyətinə qarşı çıxmamışam. Bəzən bunu mediada qarışdırırlar. Mən sadəcə olaraq “milli şura”da gedən proseslərə, orada bəzilərinin hələ də öz şəxsi ambisiyalarından çıxış etmələrinə qarşı çıxmışam. Bu gün də sözümün üstündə dururam ki, bu qurumda xoşagəlməz olaylar yaşanır və əlavə vahid namizəd ideyasının ortaya atılması özü düzgün addım olmadı. Açıq Cəmiyyət Partiyasından olan “milli şura” üzvləri sonuncu sessiyada keçirilən səsvermədə iştirak etmədi. Amma mən həmin səsvermədə iştirak etdim və əlavə vahid namizəd ideyasının, o cümlədən Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinin əleyhinə səs verdim. Rüstəm İbrahimbəyov avqustun 12-də keçirilən sessiyaya göndərdiyi məktubda bildirmişdi ki, avqustun 15-ə kimi sənədlərinin qaydasına salınması mümkün olmayacaq. Tələsən varsa, hərə öz partiyasından namizədliyini irəli sürsün. Onu da başa düşmək olardı hardasa. Adamı çox bezdirdilər axırda loru dildə desəm dedi ki, “mənə minnət qoymayın,bacarırsınızsa özünüz qurun bütün işlərinizi”. Lakin proses başqa cür nizamlandı, hadisələr ayrı istiqamətə yön aldı. Vahid namizədin müəyyənləşməsi və bunun müdafiəsi çox ciddi məsələdir.Biz,bu mənada Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə etməliydik. “Milli şura”da nə etdilər? Mərkəzi Seçki Komissiyasının qərarından əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdilər. Mən əvvəllər də müşahidə edirdim ki, qurumda AXCP və Müsavat başqanı İsa Qəmbər namizədlik məsələsində ortaya dəqiq mövqe qoya bilmirdilər. Yəni, İsa Qəmbər hər dəfə sessiyalarda öz namizədliyinin geri götürülməyəcəyini göstərərkən,sonda qəfil bir qərarla Cəmil Həsənlini dəstəkləyəsi oldu. Heç MSK-nın Rüstəm İbrahimbəyovla bağlı qərarı çıxmamış bu olaylar yaşandı. Eləcə də AXCP-də özünün namizədi olmasına həmişə işarə vururdu. İrəli sürülən vahid namizədin qeydiyyata alınması uğrunda sona qədər mübarizə aparılmalıydı”.
Z.Dünyamalıyeva Cəmil Həsənlinin də özündə qəfil cəsarət tapıb bu yükün altına girməsini anlamadığını söylədi: “Mən Cəmil müəllimi tənqid etmişəm və edirəm ona görə ki, o avqustun 12-də prezidentliyə namizəd olmaqdan qəti şəkildə imtina etdiyi halda, 10 gün sonra buna razılıq verdi. Görəsən,bir neçə günün içində o, özündə bu cəsarəti haradan tapdı axı? Onun prezident seçkilərində qalib gələcəyini iddia etməsi isə reallığı əks etdirmir. Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz. Bir daha əminliklə vurğulayıram ki, seçkilərə qısa bir dönəmin qaldığı bir dönəmdə Cəmil Həsənlinin uğurlu seçki kampaniyası apara biləcəyi xəyaldır. Bu,qətiyyən və qətiyyən mümkün deyil. Ümumiyyətlə təəssüf hissi ilə qeyd edirəm ki, indi “milli şura”da liderlərin atdığı uğursuz və anlaşılmaz addımlar vaxtilə SİDSUH və digər birliklərdə də yaşanmışdı. Müsavat başqanına da xüsusi iradımı bildirmək istərdim ki, o 20 ildir müxalif qüvvələrin bir qisminin lideri olaraq mübarizə apardığı halda “milli şura”da təmsil olunduğu müddətdə 5 ay da olsa öz namizdəliyi fikrindən geri çəkilmədi. Bütün bu kimi olaylar da qurumun dişbatmaz olması yolunda əngəl oldu. Mən də istərdim siyasi proseslər uğurlu istiqamətdə getsin. Mübarizə düzgün qurulsun və namizədlik məsələsində həmişə hamı eyni yerə vursun. Lazımsız intriqalar sonda özümüzə,cəmiyyətə zərbə vurur. Biz bütün bunları tənqid edəndə deməsinlər ki, nə vaxtsa hakimiyyətdə təmsil olunublar,indi bu səbədən belə danışırlar. Haqlı irad və tənqdilərə gözüaçıq baxmaq lazımdır.”
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info