Ankilozlaşdırıcı spondilit
Tarix: 16.09.2019 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


əlilliyə gətirən bu xəstəlik artıq sizi qorxutmasın!

Ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi) adı ilə tanınan, getdikcə ağırlaşaraq əlilliyə gətirən bu xəstəlik artıq sizi qorxutmamalıdır!
İnsanlara daha çox Bexterev xəstəliyi kimi məlum olan ankilozlaşdırıcı spondilit onurğanın xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı əsasən oma-qalça, fəqərəarası və fəqərə çıxıntıları arasında olan oynaqlar, onları əhatə edən əzələ və bağlar zədələnir. Bəzi xəstələrdə ətrafların oynaqları və daxili orqanlar da prosesə cəlb olunur.
Хəstəliyin yaranması genetik dəyişikliklərlə əlaqələndirilir. Xroniki infeksiyalar (xüsusilə bağırsaq və sidik yolları infeksiyaları), travmalar, xroniki streslər xəstəliyin inkişafında müəyyən rol oynayır.
Bu xəstəlik kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.Daha çox 20-40 yaşda təsadüf olunur. Əsas simptom onurğanın zədələnməsidir. Xəstəlik tədricən başlayır və adətən özünü gecələr daha da güclənən bel ağrısı ilə büruzə verir. Bir müddətdən sonra onurğada hərəkət məhdudluğu yaranır. Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır
və onurganın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diqanoz qoymaq olar. Bu vəziyyət Ankilozlaşdırıcı spondilit xəstəliyi üçün xarakter olan “dilənçi pozası” adlanır.
Diaqnostikada aşağıdakılar mühüm yer tutur:
— 3 aydan artıq davam edən və sakitlik vəziyyətində azalmayan bel ağrıları
— döş qəfəsində tənəffüs hərəkətlərinin məhdudlaşması
— onurğanın bel şöbəsində hərəkət məhdudluğu
— gözlərdə dəyişikliklər
— tipik rentgenoloji dəyişiklklər (ikitərəfli sakroileit)
Diaqnoz anamnezə, kliniki simptomlara, MRT-yə, rentgenoqrafiya və genetik analizə əsasən qoyulur.
Xəstəlik xroniki və ağırgedişli olduğundan müalicədə biotənzimləyici preparatlar və metodlar uğurla istifadə olunur. Pasientin fərdi xüsusiyyətləri, xəstəliyin gedişi və ağırlığından asılı olaraq Bioloji Təbabətin həkimi müvafiq müalicə sxemi tərtib edir.
Biotənzimləyici terapiya bütövlükdə orqanizmin bərpasına yönələrək, müalicədə daha yaxşı effekt alınmasına səbəb olur.
İndividual müalicə sxemində biotənzimləyici, izopatik, mikrobioloji preparatlar, osteopatiya, fizioterapiya, monoterapiya yaxud kompleks şəkildə bir neçə mərhələdə istifadə edilir.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Xərçəng necə yaranır?
12.10.2019
Göz üçün faydalı qidaların siyahısı
12.10.2019
Kişi sağlamlığı üçün ən faydalı maddə - Pomidor, qreypfrut və itburnuda var
09.10.2019
Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
07.10.2019
Suşinin ölümcül təhlükəsi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info