“Yay məktəbi-2013”ün iştirakçıları Xoşbəxt Yusifzadə ilə görüşüblər
Tarix: 28.08.2013 | Saat: 18:37:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “SOCAR yay məktəbi-2013” layihəsinin iştirakçıları ilə görüş keçirib. Akademik Xoşbəxt Yusifzadə layihə iştirakçılarına neftin tarixi, ilk dəfə kəşf olunan yataqlar və ARDNŞ-in geofizika və geologiya sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Bildirilib ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda respublika iqtisadiyyatının bütün sahələrində, o cümlədən neft və qaz sənayesində böyük tənəzzül hökm sürürdü. Respublikanın ağır iqtisadi vəziyyəti, ölkənin döyünən ürəyi olan neft və qaz sənayesindəki gerilik bu dahi siyasətçini narahat etməyə bilməzdi. Odur ki, neft və qaz sənayesini dirçəltmək üçün vaxt itirmədən ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı.
X.Yusifzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın milli sərvəti hesab etdiyi neft sənayesinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayırdı. 1994-cü il sentyabrın 20-də ulu öndərin iştirakı ilə Bakıda Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti arasında “Əsrin müqaviləsi” adını almış “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı. Ulu öndərin yeni neft strategiyasının təməli “Əsrin müqaviləsi”nin imzalandığı gün qoyuldu və 1994-cü ilin 20 sentyabrı tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq səhifəsi kimi yazıldı.
Vitse-prezident vurğulayıb ki, “Əsrin müqaviləsi”nin müsbət cəhətlərindən biri də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilib işə salınması olub. Bu boru kəməri hasilatı ilbəil artan Azərbaycan neftinin Avropa və dünya bazarlarına daha böyük həcmdə nəql edilməsinə imkan yaradıb. “Şahdəniz” yatağının işlənməyə başlanmasından və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınmasından sonra isə Azərbaycan dünya bazarına qaz ixracatçısı kimi qədəm qoyub. X.Yusifzadə son dövrlərdə kəşf olunan “Ümid”, “Abşeron” yataqları və TANAP, TAP layihələri barədə də ətraflı məlumat verib.
Sonda akademik müəllifi olduğu kitabları imzalayaraq iştirakçılara təqdim etmiş, onları maraqlandıran sualları cavablandırıb. “SOCAR yay məktəbi-2013” layihəsinin iştirakçıları bu görüşdən olduqca məmnun qalıblar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info