Quzu ətli səbzəli güvəc necә hazırlanır?
Tarix: 17.09.2019 | Saat: 01:05:00 | E-mail | Çapa göndər



‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq.

Salam, hörmәtli oxucularımız. ‘‘Türkiyә mәtbәxi’’ proqramının növbәti hissәsi ilә qarşınızdayıq. Hәr şeylәri ilә olduğu kimi mәtbәxi vә ağız dadı ilә azәrbaycanlılara çox yaxın olan türkiyәlilәr dә bәzi yemәklәrini bizim piti qablarına bәnzәyәn saxsı qablarda hazırlayırlar. Türkiyәlilәr bu qabları ‘‘güvәç’’ adlandırırlar vә çox zaman bu qablarda bişirilәn yemәklәrin dә adı güvәç olur. Bu proqramda sizә ‘‘Kuzu etli, sebzeli güveç’’ adlı yemәyin reseptini verәcәyik. Güvәçdә hәr növ әt, tәrәvәz vә ya paxlalı bitkilәri bişirmәk mümkündür. Әtli vә ya tәrәvәzli güvәçlәri әnәnәvi olaraq hәm odun sobasında, hәm elektrikli sobada, hәm dә ocağın üstündә bişirә bilәrsiniz.
‘‘Kuzu etli, sebzeli güveç’’ yemәyinin resepti belәdir:
700 qram xırda doğranmış quzu əti
2 ədəd soğan
4 ədəd yaşıl bibәr
4 ədəd pomidor
2 ədəd badımcan
3 ədəd kartof
1 ədəd yerkökü
1 ədəd qabaq
1 yemək qaşığı pomidor tomatı
3 diş sarımsaq
1 çay qaşığı qurudulmuş kəklikotu
1 çay qaşığı istiot
Yarım çay stəkanı zeytun yağı vә duz


Hazırlanma qaydası belәdir:
İlk növbәdә güvәçin içini yağlayıb әtlәri qabın dibinә yerlәşdiririk. Soğanları halqa şәklindә doğrayıb yemәyimizә әlavә edirik. Daha sonra badımcan, qabaq vә kartofu xırda-xırda doğrayıb әtin vә soğanın üzәrinә әlavә edirik. Pomidorları halqa şәklindә doğrayıb bibәrlәrlә birgә yemәyin üzәrinә düzün. Daha sonra pomidor tomatını suda әridin. İsiot, duz, kәklikotu vә zeytun yağını hazırladığımız tomatlı sousa sәpirik. Әn son hazırlanan tomatlı sousu yemәyә әlavә edirik. ‘‘Kuzu etli, sebzeli güveç’’ yemәyini 1-1,5 saat әrzindә bişirin. Nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Heyva dolması
30.11.2019
Kabak tatlısı necə bişirilir?
26.11.2019
Menemen necə bişirilir?
19.11.2019
Çoban qovurma
15.11.2019
‘‘İmam bayıldı’’ yemәyi necә hazırlanır?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info