Meyvə-tərəvəzlər 20 dəqiqə suyun içində saxlayın...
Tarix: 17.09.2019 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


Əti bişirməzdən əvvəl yumayın...

Düzgün qidalanma sağlam həyatı şərtləndirən vacib şərtlərdəndir. Sağlamlığı qorumağın əsas şərtlərindən biri də qida zəhərlənmələrindən qorunmaq, tərkibində bakteriyalar olan məhsullardan uzaq olmaqdır.
Qida bakteriyaları təbiətdə geniş yayılıb. Onlar nəm və isti yerlərdə isə çox yayılmaq xüsusiyyətinə malikdir. Quruluşca müxtəlif olan bakteriyalar Günəş şüası altında məhv olurlar, çünki ətraf mühit quru və günəşli olduqda onlar tab gətirə bilmir.
Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-a deyib: "Qida zəhərlənməsinin qarşısını almağın bir neçə yolu var. İlk növbədə, qidaların saxlanma şəraitinə fikir vermək lazımdır. Daha çox soyuducunun buz dolabında saxlanılan qidalara üstünlük verilməlidir. Yeyilən bütün meyvə-tərəvəzlər 20 dəqiqə suda saxlanılmalıdır. Mikroblar suda həll olunduğu üçün təmizlənir, qəbul edilən qidalar daha gigiyenik olur və zəhərlənmələrin sayı azalır".
Mütəxəssislər xalq arasında doğru olduğu düşünülən bir çox məlumatların əslində yanlış təsir bağışladığını bildirirlər. Buna misal olaraq əlləri isti su ilə və antibakterial sabunla yumanın bakteriyaları məhv etməsi inancını nümunə gətirmək olar. Araşdırmalara görə, əlləri isti su əvəzinə ilıq su ilə yumaq məqsədəuyğun hesab edilir, çünki isti su dərini qurudur, dəridə çatların əmələ gəlməsinə səbəb olur. Bu yolla da bakteriyalar dəriyə daha tez daxil olur və çoxalır. Bundan əlavə əlləri antibakterial yox, adi sabunla təmizləmək də kafi hesab edilir.
Başqa bir misal geniş istifadə edilən ət məhsulları ilə bağlıdır. Əti bişirmədən əvvəl mütləq yumağın vacibliyi haqqında deyilənlər düzgün deyil. Doğrudur, ətin yuyulması bakteriyaların bir hissəsini öldürsə də, onların digər yeməklərə və mətbəx əşyalarına keçmək ehtimalını artırmış olur.
Şöbə müdiri bu barədə deyib: "Ət soyuducunun buz dolabından çıxarılandan sonra 2 saat ərzində buz əriyənə qədər onun sterilliyi saxlanılır. Həmin vaxtdan sonra mikroblar ətə sirayət edə bilər. Ona görə də əti normal hava şəraitində 2 saatdan artıq saxlamaq olmaz".
Xüsusən yaz və yay aylarında təbiətin bizə bəxş etdiyi bol vitaminli məhsullardan faydalanmaq, qida bakteriyalarının orqanizmə mənfi təsirindən qorunmaq lazımdır.




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Xərçəngi yox edən yeni üsul tapılıb
14.11.2019
Böyrəklərin fəaliyyətini qorumaq üçün nələrə diqqət etməliyik?
14.11.2019
İnsanlar xərçəngə “immunitet”i itiriblər”...
13.11.2019
Öskürəkdən qurtulmağın asan yolu: su, soğan...
11.11.2019
Azərbaycanda insanlar ürək xəstəlikləri ilə bağlı ağırlaşmaları əvvəlcədən göstərən müayinələrə maraq göstərmirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info