Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq
Tarix: 20.09.2019 | Saat: 17:57:00 | E-mail | Çapa göndər



“Dövlət Aqrar Ticarət Şirkəti” MMC və “Azərsun Holdinq” Şirkətlər Qrupu “Azərçay” brendi ilə Parisdə Sen-Sülpis (Saint Sulpice) meydanında sentyabrın 27-dən 29-dək keçiriləcək “Çay şəhərciyində ölkəmizi təmsil edəcəklər.

AZƏRTAC xəbər verir ki, “Çay şəhərciyin”də iştirak edən şirkətlər ölkələrində becərilən çay bitkisi, onun mənşəyi, rəngi, növləri, çay ritualları, eləcə də çayın orqanizmə faydaları haqqında məlumat vərəcəklər.
Azərbaycanı təmsil edəcək hər iki şirkət ziyarətçilərə ölkəmizdə becərilən və istehsal olunan çay növləri, onun tərkibinin zənginliyi, milli çay mədəniyyətimiz və çay süfrəsi haqqında danışacaqlar. Şəhərcikdə ziyarətçilərin milli çayımızın ətri və tamı ilə tanış olmaq, eləcə də şirkətlərimizin öz məhsullarını təşviq etmək imkanı olacaq.
Bu gün dünyada 35 ölkə çay istehsal edir. Çin (1.7 milyon ton), Hindistan (1 milyon ton), Kenya (369 min ton), Şri-Lanka (300 min ton), Türkiyə (225 min ton), Vyetnam (217 min ton) və Yaponiya (84800 ton yaşıl çay) çay istehsalına görə ön sıradadırlar.
Fransada ildə 20 min ton çay istehlak olunur və çayın illik dövriyyəsi 251.2 milyon avrodur.
Qeyd edək ki, bu gün dünyada hər saniyədə 10 min fincan çay içilir.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
ƏƏSMN-nin bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
22.10.2019
Müstəqil dövlət qurmaq xalqın intellekt səviyyəsinin, iradəsinin və gücünün təcəssümüdür
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info