Binəqədidə “Sağlam gənclik-10 il” mövzusunda konfrans keçirilib
Tarix: 28.08.2013 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, YAP Binəqədi Rayon Təşkilatı, “İrəli” İctimai Birliyi və İctimai Səhiyyə İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Sağlam Gənclik-10 il” mövzusunda konfrans keçirilib. YAP Binəqədi rayon təşkilatının mətbuat xidməti bu barədə məlumat verib.
Konfransdan əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının qarşısında yerləşən büstünün önünə gül dəstəsi qoyublar. Sonra YAP Binəqədi rayon Gənclər birliyinin üzvü, “İrəli” idman mərkəzinin rəhbəri Niyaz Əliyev konfransın moderatoru qismində spikerləri konfrans iştirakçılarına təqdim edib. Qeyd edək ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, YAP ərazi ilk partiya təşkilatının sədri Yeganə Vəliyeva və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki, tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Təqdirəlayiq haldır ki, bu gün ölkədə gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişaf etməsi üçün hərtəfərli şərait yaradılır. O qeyd edib ki, insan iki cəhətdən sağlam ola bilər. Birincisi mənəvi, ikincisi fiziki. Ən böyük faciə isə mənəvi sağlamlığı itirməkdir. Sağlam bədəndə sağlam ruh olur. Ramiz Göyüşov qeyd edib ki, gənclərimizin mənəvi və fiziki sağlamlığına dövlətimiz tərəfindən böyük diqqət yetirilir. Bununla bağlı kompleks proqramlar hazırlanır və icra edilir. Bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Azərbaycanın bütün bölgələrində idman kompleksləri tikilir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə milli-mənəvi dəyərlərimiz qorunub saxlanılır, idmana xüsusi önəm verilir. Binəqədi rayonunda da idmana böyük diqqət göstərilir və bununla bağlı ardıcıl işlər aparılır.
Konfransda çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon ərazisində gənclər üçün görülmüş işlər barədə məlumat verib. O bildirib ki, qısa zamanda gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün idman kompleksləri tikilib və istifadəyə verilib. Q.Bayramov bildirib ki, Binəqədi rayonu ərazisində 6 iri idman sağlamlıq kompleksi fəaliyyət göstərir. Bunlar “Bakı Tennis Akademiyası”, “Respublika Stend Atıcılığı İdman Kompleksi”, “Lokomotik İdman Sağlamlıq Mərkəzinin Biləcəri İdman Kompleski”, Lokomotik İdman Sağlamlıq Mərkəzinin Biləcəri Sarayı, “Binəqədi İdman Sağlamlıq Kompleksi” və “Bakı Futbol Klubunun Təlim Məşq Bazası”ıdır.
Sonra konfransda çıxış edən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, ölkədə gəncliyin inkişafı üçün hərtərəfli şərait var. Həyata keçirilən dövlət proqramları da bunu sübut edir. O bildirib ki, bu gün Azərbaycan gəncliyi “2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili Dövlət Proqramı” çərçivəsində xarici dövlətlərin ən nüfuzlu universitetlərində təhsil alır. O qeyd edib ki, bu gün Azərbaycan mədəniyyəti dünya miqasında təbliğ olunur. 2012-ci ildə Azərbaycanda “Avroviziya-2012” mahnı müsabiqəsi keçirilib və bu, Azərbaycanı dünyaya daha da yaxşı tanıdıb. 2015-ci ildə isə ilk dəfə olaraq 2015 Yay Olimpiya Oyunları Azərbaycanda keçiriləcək və bu növbəti dəfə ölkəmizin tanıdılması üçün uğurlu bir addım olacaq.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, YAP ərazi ilk partiya təşkilatının sədri Yeganə Vəliyeva da çıxış edərək sağlam gələcək və son on il ərzində səhiyyə sahəsində görülən işlərdən danışıb. Gəncliyin sağlam böyüməsinin vacibliyini qeyd edən Yeganə Vəliyeva bildirib ki, Azərbaycan dövləti bunun üçün əlindən gələni edir və müxtəlif istiqamətlərdə kompleks işlər aparır. O, çıxışında siqaretin, alkoqolun insan orqanizminə zərəli təsirindən danışıb və bildirib ki, valideynlər bu məsələdə diqqətli olmalıdırlar. O, eyni zamanda müxtəlif mənşəli infeksion xəstliklər və ən təhlükəli xəstəliklərdən biri olan QİÇS barədə məlumat verib.
Qeyd edək ki, konfrans rəsmi hissədən sonra iki paneldə “Sağlam həyatın dəyərləri” və “Sağlam həyat tərzi və onun təbliği” adlı panellərdə gənclərin müzakirələri ilə davam edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info